Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi

0
1585

Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti  bərpa etdi.

Azərbaycan ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etməyə çalışdı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi. İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların yaratdıqları ikili standartlar prinsipi və cəzasıqlıq mühitindən yararlanaraq məkirli oyunlarından əl çəkmədi. Azərbaycana qarşı bütün dövrlərdə təxribatlar törədildi. Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Gənc nəsil vətənpərvər, milli ruhda böyümüş, Ali Baş Komandanın əmrinə hazır vəziyyət almışdı. Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlamaqla bərabər, vaxtaşırı təxribatlar törətməkdən çəkinmədi. Düşmən ölkənin silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə aldı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və bundan sonra ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı yağılardan xilas etməyə başladı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Ermənistan hərbi birləşmələrinin işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova