Rəsmi İrəvanın hərbi cinayətləri
1992-ci ilin mayın 18-də Laçın rayonunun ermənistan tərəfindən işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan qüvvələri Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin nəticəsində rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti həyata keçirmişdir. Coğrafi adlar dəyişdirilmiş, rayonun təbii resursları talan edilib, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilib, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilməsi istiqamətində işlər gördükləri aşkar olunmuşdur.
Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində diz çökən Ermənistan hakimiyyəti noyabrın 10-da kapitulyasiya aktına imza atıb. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin 2020-ci ilin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən dekabrın 1-də Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub və burada dövlət bayrağımız qaldırılıb. Bunulada Laçında erməni vandaliziminin qrşısıalınmış oldu
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal