Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək

0
2120

Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək

Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar Respublikamızın ərazisindən keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Dünya miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması amilləri transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Bundan başqa, Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə,  Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə gələn yükləri  aşırmaq imkanları daha da genişlənəcək. Eyni zamanda,  bütün region dövlətləri yeni fürsətlər qazanacaqlar.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal