Ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər

0
2081

Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar

Müstəqil Azərbaycanın əldə etdiyi uğurların, o cümlədən Vətən müharibəsindəki tarixi Zəfərinin arxasında məhz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır. Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasətin reallaşdırılmasında Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının da müstəsna xidmətləri olub. Daim yeniləşən, sıralarında ölkənin tanınmış simalarını, fəal gəncləri birləşdirən, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hazırda Prezident cənab İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. Noyabrın 21-də 30-cu ildönümü qeyd edilən YAP yarandığı gündən dövlətə və xalqa xidmət nümunəsi sərgiləyib. 1992-ci ildə təsis edilən YAP tarixə müstəqil Azərbaycan dövlətinin qurulmasında, ölkəmizin sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan, xalqın etimadını qazanan qələbələr partiyası kimi düşüb. Azərbaycançılıq ideyasının möhkəm təməli üzərində yaranan, ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı kimi ön sırada gedən partiya bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən işlərdə də yaxından iştirak edir.

Bir sözlə, ötən 30 ildə Azərbaycanın əldə etdiyi hər uğurda Ulu Öndərin yaradıcısı olduğu YAP-ın payı və zəhməti var. Cənab Prezidentin bəyan etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini keçirərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşəcəkdir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru