Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir

0
1672

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir

Azərbaycanın milli maraqlar üzərində qurulan siyasətində enerji amili xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır. Azərbaycanda neft və qaz hasilatının tarixi çox qədimdir. Ancaq xalqımız özünün təbii sərvətlərinin faydasını yalnız son üç onilliyi əhatə edən müstəqillik illərində görüb. Enerji sektorundan gələn gəlirlər müstəqillik dövründə ölkəmizdə qeyri-neft iqtisadiyyatının qurulması, inkişafa zəmin yaradan müasir infrastruktur obyektlərinin inşası, vətəndaşların rifah halının yaxşılaşdırılması, insan kapitalının formalaşdırılması kimi strateji sahələrə yönəldilib. Azərbaycan özünün enerji siyasətində ədalətli yanaşma sərgiləyir. Cənub Qaz Dəhlizinin başa çatdırılması Avropa İttifaqı ilə əməkdaşlığımız üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb. Avropanın cənubunda yerləşən Albaniya ərazisindən Azərbaycan qazını İtaliyaya daşıyan TAP kəməri keçir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə bu kəmərin ötürücülük gücünün artırılması istiqamətində müzakirələr aparır. Bu yay Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycanla Aİ arasında enerji əməkdaşlığına dair memorandum imzalanıb. Memorandum 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Bu həcmin təmin olunması üçün TAP kəmərinin ötürücülük gücünün ikiqat artırılması lazımdır. Bu baxımdan, Azərbaycanın kəmərin keçdiyi ölkələrlə münasibətlərinin dərinləşməsi prosesin sürətləndirilməsinə ciddi töhfə verə bilər., Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantısında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq nəzərdə tutulur. Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir. Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni bu layihə – Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.

Fəal gənc – Qönçə Babayeva