Xalq peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər

0
1974

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Müasir dünyanın mütəşəkkil siyasi təşkilatlarından biri kimi Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Nəhayət 30 il öncə yaradılan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü olaraq xalqı öz ətrafında birləşdirməyə nail oldu.

“91-lər”in müraciəti kimi tariximizə düşən Azərbaycanın 91 nəfər  ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində həmin dövrdə ölkəmizin üzləşdiyi  dağıdıcı proseslərin qarşısı alındı. Məhz, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Bununlada müxtəlif maneçiliklərə baxmayaraq 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı ki, son 30 il ərzində bu partiya üzərinə düşən missiyanı ləyaqətlə yetirərək ölkəmizdə davamlı sabitliyə və geniş sosial – iqtisadi inkişafa nail olmuşdur.

Kərimova Vüsalə – Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru

 

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir

Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xətti Yeni Azərbaycan Partiyasının üzvləri əldə rəhbər tutularaq, daim bu siyasi xəttə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atırırlar. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə -iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, Ulu Öndərin dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi ki, 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun.2003-cü ildən bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə yüksək səviyyədə davam etdirilərək Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasına çevrilmişdir.

Dayangül Vəliyeva – Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin direktoru

 

Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir.

Yenicə dövlət müstəqilliyini bərpa etmiş gənc dövlətin tarixində dönüş nöqtəsi kimi 30 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yarandığı vaxtdan dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısı kimi çıxış edən  Yeni Azərbaycan Partiyası xalqın rifahının inkişafına xidmət edən ən mütərəqqi siyasi təşkilat kimi qıssa müddət ərzində geniş xalq kütləsinin dəstəyini qazandı. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Odur ki, demokratik prinsiplər və ideyalara sadiq qalan partiya daim həmrəylik və əhalinin sosial mənafeyindən çıxış edərək ümumxalq partiyasına çevrilmişdir.

Əlihüseyn Rəsullu- Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi

Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən siyasi həyatında toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyən etmiş YAP-ın son Qurultayında qeyd olunmuşdur ki,  görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmalıdır. YAP-ın son Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, İdarə Heyəti, Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırılmışdır ki, bu da müasir dövrün tələblərinə uyğun olaraq partiyanın qarşısında yeni vəzifələr qoymuşdur.

Hazırda Yeni Azərbaycan Partiyası qarşısında duran vəzifələrdən biri də istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə əməkdaşlığa daim açıq olmaqla partiyalar arası siyasi dialoqu stimullaşdırmaqdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi və siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malik olacaqdır. Ölkəmizdə sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz  genişmiqyaslı islahatlar aparan dövlət kimi tanınır.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş  redaktor müavini

 

Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

Yeni Azərbaycan Partiyası xalqın və dövlətin ən çətin günlərində, taleyüklü bir dönəmdə yaradıldı. Elə bir dövrdə ki, deklorativ müstəqilliyini elan edən Azərbaycan kompassız və yelkənsiz gəmini xatırladırdı. Dövləti dağılmaqdan qurtarmaq, düzgün inkişaf yolunu müəyyənləşdirmək, xalqı səfərbərliyə alaraq mövcud təhlükələri dəf etmək təxirəsalınmaz zərurətə çevrilmişdi. Maymaq və qorxaqların, səriştəsiz və təcrübəsizlərin ölkə rəhbərliyinə gəlməsi, naşı və uzağı görməyən siyasət yeritməsi, üstəlik, xalqın etimadını itirmələri ölkəni real fəlakət həddinə çatdırmışdı. Bu məqamda Azərbaycan xalqı öz taleyini yalnız yaxşı tanıdığı, sevdiyi və sınaqdan çıxardığı övladına etibar edə bilərdi. Ulu Öndər Heydər Əliyev ona müraciət edən xalqın səsinə biganə qala bilməzdi. Çünki özü də vəziyyətin mürəkkəbliyini, Azərbaycana yönələn təhdidləri, nəinki müstəqilliyimizi, hətta dövlətimizi təqib edən real təhlükələri yaxşı görürdü. Lakin Azərbaycan artıq bazar iqtisadiyyatı və demokratik inkişaf yolunu seçdiyindən hakimiyyətə qayıdış da sivil, demokratik yolla gerçəkləşdirilə bilərdi. Bir qrup ziyalının Ulu Öndərə müraciəti bu dahi şəxsiyyət tərəfindən müsbət qarşılandı. Beləliklə, yeni bir partiyanın – yeniləşməkdə qərarlı olan Azərbaycanın siyasi həyatında mühüm rol oynayacaq partiyanın quruculuğu prosesinə başlanıldı. YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır, partiyada tanınmış ziyalılar, elm, mədəniyyət, incəsənət xadimləri, gənclər və qadınlar, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyaya böyük etimadının ifadəsidir.

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan yeni bir partiyanın yaradılmasını böyük sevgi ilə qarşıladı. O dövr müxalifətçilərinin yaratdıqları bütün maneələrə, hədələrə və əngəllərə baxmayaraq, imzatoplama mərasimi respublikanın bütün guşələrində sürətlə getdi. İnsanlar böyük həvəslə yeni partiyaya üzv olacaqlarını imzaları ilə təsdiqləyirdilər. Xalqın arzularını və ümidlərini doğuracaq yeni partiya 22 noyabr 1992-ci ildə təsis konfransını keçirərək həyat vəsiqəsi aldı. Ümummilli Lider Heydər Əliyevin sədirliyi ilə keçirilən bu konfransda YAP-ın proqram və nizamnaməsi də qəbul olundu. Bu gün Azərbaycan müstəqil, hüquqi-demokratik və oturuşmuş bir dövlətdir. Onun yeni Konstitusiyası qəbul olunmuş, demokratik təsisatları yaradılmışdır. Hakimiyyət bölgüsü aparılmış, dünya dövlətləri, beynəlxalq qurum və təşkilatlarla bərabərhüquqlu münasibətlər qurulmuşdur. Azərbaycan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür, öz sözünü aydın və ucadan deyir. Artıq dövlətimiz yerləşdiyi regionda və dünyada böyük nüfuz sahibinə çevrilib, hətta ən ağır və mürəkkəb problemi olan Qarabağ münaqişəsini də 44 günlük Zəfər müharibəsi ilə həll edibdir.

Dünya sürətlə dəyişir, qloballaşma prosesi yeni çağırışlara meydan açır. Bu inkişaf və yenilənmə dövründə Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan daim öz maraqlarını qorumağı, xalqın sosial rifahını yüksəltməyi, müstəqil dövlətimizi tərəqqi yolu ilə uğurla aparmağı bacarır. Azərbaycan xalqı əmindir ki, xalq-iqtidar birliyi, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi sayəsində yeni hədəflər də fəth olunacaq, daim yenilənən  Yeni Azərbaycan Partiyası yeni proqramında qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirəcəkdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal