Ölüm hökmlərinin 89 faizi bu 3 ölkənin payına düşür

0
626

Edamların sayı əhəmiyyətli dərəcədə artıb

BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ölüm hökmü və onun qurbanlarına həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib.

“Report” xəbər verir ki, müzakirələrin moderatoru BMT Baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç olub.

O bildirib ki, hazırda dünyada ölüm hökmünə olan münasibəti çətin ki, birmənalı adlandırmaq olar:

“Bəşər tarixində heç vaxt ölüm hökmünün bu qədər ölkə tərəfindən ləğv edildiyi hal olmayıb. Digər tərəfdən, əgər biz 2014 və 2015-ci illərin göstəricilərini müqayisə etsək, o zaman qeydə alınan edamların sayının əhəmiyyətli dərəcədə artdığını görərik. Yəni qarışıq tendesiyalardan danışmaq olar”.

BMT-nin məlumatına görə, dünyada təqribən 170 ölkə var ki, ya ölüm kökmünü ləğv edib, ya da heç zaman onu tətbiq etməyib. Bununla yanaşı, bütün ölüm hökmlərinin 89 faizi üç ölkədə – İran, Pakistan və Səudiyyə Ərəbistanında həyata keçirilir.

BIR CAVAB BURAXIN