Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var

0
1287

Azərbaycan-Gürcüstan əlaqələri dövlətlərin və xalqların yaxın qonşuluq və dostluq münasibətlərinin ən yaxşı nümunələrindən biridir.

Azərbaycanla Gürcüstanın qarşıqlı etimada və çoxşaxəli əməkdaşlığa söykənən münasibətləri regionda sülhün, əminamanlığın və təhlükəsizliyin təmin olunması üçün də əlverişli zəmin yaradıb: “Bu xüsusda Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri ilə bağlı irəli sürülən təşəbbüs də maraq doğurur və yeni deyil. Azərbaycan hələ torpaqlarının işğal altında olduğu zaman kəsiyində dəfələrlə Ermənistanı təcavüzkar siyasətindən əl çəkməyə, Cənubi Qafqazı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunduğu bölgəyə çevirə biləcək əməkdaşlıq platformalarında iştirak etməyə dəvət edib. Mövcud şəraitdə isə qarşılıqlı əlaqələrin perspektivi Ermənistanın Azərbaycanın təklif etdiyi və beynəlxalq birlik tərəfindən tanınan təməl prinsiplər əsasında sülh müqaviləsi imzalamasından keçir”.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən logistik layihələr, nəqliyyat dəhlizləri marşrutlarının diversifikasiyası ilə bağlı atılan strateji addımlar çağdaş geosiyasi reallıqlar çərçivəsində öz əhəmiyyətini daha da artırıb: “Cənab Prezidentin də qeyd etdiyi kimi, “hazırda dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır”. Ölkəmizin uzun illərdən bəri həyata keçirdiyi çoxşaxəli nəqliyyat layihələri mövcud geosiyasi reallıqlar çərçivəsində həm Azərbaycanın, həm də Gürcüstanın tranzit imkanlarını və geostrateji əhəmiyyətini daha da artırmaq üçün əlverişli imkan yaradıb”.

Dünyada enerjiyə olan təlabatın artması Azərbaycanla Gürcüstanın mövqelərini daha da möhkəmləndirib və hər iki ölkənin vahid mövqedən çıxış etməklə öz maraqlarını təmin etmələri üçün zəmin formalaşdırıb: “Şübhə etmirəm ki, hər iki ölkə liderlərinin və xalqlarının iradəsinə söykənərək birlikdə daha böyük uğurlara imza atacaq, Qafqaz xalqlarının təhlükəsiz və firavan gələcəyini təmin edəcəklər ”.

 

Soltanova Zahidə Cəmilağa qızı  Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaş