Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanat

0
1846

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. Ötən əsrin 80-cı illərindən bədnam qonşularımızın əsassız ərazi iddiaları ilə başlamış bu münaqişə ermənilərin xalqımıza qarşı hərbi təcavüzü ilə nəticələnmişdir.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün prinsip və normalarını pozaraq 30 il ərzində ərazi bütövlüyümüzü pozaraq torpaqlarımızı işğal altında saxlamış, soyqırımlar, qətliamlar törətmişdir. Səbr kasası daşmış xalqımız 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz torpaqlarının düşməndən geri alınmasına nail oldu. Tarixi ədalət bərpa olundu, düşmən darmadağın edildi. Lakin, məğlubiyyəti ilə barışmayan düşmən öz çirkin əməllərindən, təxribatlarından əl çəkmir. Kapitulyasiyaya, onun şərtlərinə əməl etməkdən, sərhədlərin çəkilməsindən imtina edir. Qətiyyətli, uzaqgörən Ali Baş Komandan İlham Əliyevin məntiqli siyasəti, müzəffər Ordumuzun sarsıdıcı, sülhə təhrikedici həmlələri nəticəsində düşmən  tabe edildi. Praqada Avropa İttifaqı Şurası, Azərbaycan, Fransan və Ermənistan Respublikalarının prezidentlərinin birgə görüşünün sonunda qəbul edilmiş bəyanat nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tanınmış, sərhədlərin delimitasiyası üçün mühüm işlərin görülməsinə qərar verilmişdir. Bu Azərbaycanın döyüş meydanında olduğu kimi, siyasi müstəvidə, diplomatiya sahəsində də daha bir uğuru, düşmən üzərində növbəti üstünlüyüdür.

Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!

 

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini- Mayisə Xəlilova