Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

0
2247

Prezident cənab İlham Əliyev  Prezident seçildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bəyan etmişdi ki, Azərbaycan ərazisinin bir qarışını da heç kimə güzəştə getməyəcək, bizim Ermənistana güzəştimiz o ola bilər ki, münaqişəni masa arxasında əyləşərək həll edək. Verdiyi hər bir sözünün sahibi olan, xalqına verdiyi bütün vədləri layiqincə yerinə yetirən Prezident cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. Güclü diplomat və mahir sərkərdə kimi ölkəmizin ərazi bötövlüyünü əsl Vətən oğlu kimi qorudu, bütün cəbhələrdən qalib əsgər kimi çıxdı. Prezident cənab İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Bunların sırasına Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünü də əlavə edə bilərik.

Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir: “Burada qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı cənab İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir. Həmçinin Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bəllidir ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib. Cənab Prezidentimiz hər bir məsələdə Azərbaycanı dünyada humanist, sülhsevər ölkə kimi tanıdıb”.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal