Müğənni Sevda Sanəliyeva həyat yoldaşı və oğlu ilə fotokameramız qarşısına keçib.
Bu günlərdə ikinci övladı dünyaya gələn ifaçı axşam.az-a açıqlamasında bildirib ki, artıq səhnəyə qayıdıb:
“İşimə fasilə vermədim. Sadəcə, hamiləliyimin ortasından sonra efirlərə çıxmadım. Çünki bir az kökəlmişdim. Övladlarımın ikisi də balacadır, onlara baxmaq asan deyil. Oğlumun dayəsi var, qızıma özüm baxıram. Yeni mahnılar hazırlamışam, qızımın 40 günü tamam olan kimi, verilişlərə çıxacam. Övladım dünyaya gələndən sonra bir az çəki atmışam. İndi də arıqlamağa davam edirəm”.
S.Sanəliyeva həyat yoldaşının qadağalarından danışıb:
“Yoldaşım mənə hər şeydə kömək edir. O mənim həm atam, həm anam, həm dostum, həm də prodüserimdir. Geyimlərimdə də, makiyajda da mənə kömək edir. Əgər “pisdir” deyirsə, dəyişirəm. Geyimimə qadağalar qoyur. Onun dediyi hər söz mənim üçün qanundur”.