Agdam şəhərində Azərbaycan Milli Şəhərsalma Forumu işinə başlayıb

0
2011

Oktyabrın 5-də münaqişə zamanı tamamailə dağıdılmış Agdam şəhərində Azərbaycan Milli Şəhərsalma Forumu işinə başlayıb.

44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanları və şəhər ərazilərində böhranların aradan qaldırılmasını nəzərdən keçirir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, azad edilmiş bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib.

“Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar”.Dövlət başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir.

 

Zərdab rayonu Gödəkqobu kənd tam orta məktəbin müəllimi- Mikayılzadə Durna