Şəhid ailəsinin SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciət həll olundu-VİDEO

0
1632

Şəhid ailəsinin SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciət həll olundu

Ən xoş anları yadda qalan edib əbədiləşdirmək fotoqrafların başlıca vəzifəsidir. 22 yaşlı Vüsal Məmmədov da bu peşə sahiblərindən biri kimi öz çəkdiyi fotolarda zamanı dondurmağa çalışırdı ancaq 44 günlük Vətən müharibəsi başlayan günədək. Vətənin dar günündə müsəlləh əsgər olan Vüsal obyektivi nişangahla əvəz edib döyüşlərə qatılır. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə, “Cəsur əsgər” , “Vətən uğrunda” və “Şücaətə görə” medalları ilə təltif edilən Vüsal qızğın gedən döyüşlərin birində qəhrəmancasına şəhadətə yüksəlib. Şəhidin ailəsi isə bu gün əmin əllərdədir. Dövlətin həssas qrupa göstərdiyi diqqət və qayğısı, yürütdüyü siyasət SOCAR “Azəriqaz” İB-nin də qayəsini təşkil edir. Elə Vüsalın atası Elşən Məmmədovun Birliyə etdiyi müraciətin qısa zamanda həll edilməsi buna əyani sübutdur.