Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

0
1779

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.

19 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Yeni əsrin yeni lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Torpaqlarımız işğaldan azad edildi. Hazırda bu ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, infrastruktur qurulur, vaxtı ilə bu yerlərdən didərgin düşmüş insanların öz döğma yerdlarına geri dönüşü prossesinə başlanılıb.

Bu hadisələr məğlub durumda olan Ermənistanda heç də birmənalı qarşılanmır, Ermənistan hökuməti, revanşistlər və onların havadarları təxribatlar törətməklə yenə də sərhəd bölgələrində ixtişaşlara əl atırlar. Belə ki, sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı. Müzəffər Ali Baş Komandanın “Düşmən sülhə gəlməzsə, “Dəmir yumruq” yerindədir” xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Azərbaycan Ordusu hər dəfə olduğu kimi bu dəfə də Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın sərhəddəki hərbi nöqtələri şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü.
Azərbaycan Ordusunun gücü, qüdrəti ilə Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən bu xəyanətkar hərəkətlərə layiqli cavab verildi. İşğalçı və təcavüzkar Ermənistan bilməlidir ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da gördük. Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Ən əsası isə, ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi. Bu isə, bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan məğlub dövlət obrazında da sülh sazişini bağlamaq məcburiyyətində qalacaqdır.

Ermənistan rəhbərliyi Brüsseldə razılaşdırılan Zəngəzur dəhlizi ilə bağlı vədinə növbəti dəfə xilaf çıxmışdı. Bir sözlə, son təxribatçı mövqelər Ermənistan rəhbərliyinin əsl sifətini göstərdi. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqlədi və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirdi.

Lakin Ermənistan, o cümlədən oradakı revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Çünki onların qarşısında güclü və yenilməz, güclü, Müzəffər Azərbaycan Ordusu dayanır. Ordumuz öz gücünü sentyabrın 12-də baş verən təxribatların qarşısının alınması zamanı bir daha göstərdi. Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edildi. Görülən tədbirlər nəticəsində Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 kompleksinia atıcı qurğusu, radiolokasiya stansiyası, 400 nəfərdən çox canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edildi. Azərbaycan ərazilərinin təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən azı 4-5 il zaman lazımdır.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altına keçdi. Bununla da Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcəkdir.

 

Vəliyeva Südabə Eminağa qızı

Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru