Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

0
2242

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.

Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Millət vəkilinin sözlərinə görə, beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə xidmət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr isə regionun inkişafını istəməyən qüvvələrdir. Belə bir şəraitdə Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.

 

Zərdab rayon  Çallı kənd tam orta məktəbin  müəllimi – Lətifli Tükəz