İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər

0
1427

İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər.

 

Azərbaycan xalqına qarşı törədilmiş təcavüzün qurbanları təkcə insanlar deyil, tarixi-dini abidələr, ocaqlar, məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini,mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən məkanlardır. Ermənistan Azərbaycan xalqına məxsus tarixi- dini abidələrə qarşı təcavüzünü müxtəlif formalarda aparıb.Abidələrin bəziləri tamamilə dağıdılmış,bəzilərinin erməniləşdirilməsinə, ozgələşdirilib dəyişdirilməsinə cəhdlər olunmuşdur. İşğal altında olan torpaqlarımızda yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi(Şuşa),Ağdamda Cümə məscidi tamamilə dağıdılmış,Ağoğlan,Xudavəng,Gəncəsər kimi məbədləri erməniləşdirməyə cəhdlər etmişlər.Azərbaycana məxsus məscidlərdə mal-qara,donuz kimi heyvanlar saxlamaqla təhqir etmişlər.Ermənistan dövlətinin bu hərəkətləri “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərlə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür.

 

Otmanoba kənd ümumi orta məktəbinin müəllimi- İftixar İslamlı

BIR CAVAB BURAXIN