Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabı Türkiyədə yayınlandı

0
459

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin yeni kitabı Türkiyədə işıq üzü görüb.

Arazinfo.com-a BAO İnformasiya Xidmətindən verilən xəbərə görə, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (19-20-ci əsrlər)” adlı kitabının 1-ci cildi Türkiyənin Ankara şəhərindəki “Astana” nəşriyyatında çap edilib. Kitabı Türkiyə Türkcəsinə Alpaslan Dəmir uyğunlaşdırıb. Kitabın 1-ci cildində 19-cu əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi üç istiqamətdə qruplaşdırılıb: 1) Şərq-İslam-türk mədəniyyətnin davamı:sxolastik fəlsəfi təfəkkürdən dünyəvi fəlsəfi təfəkkürə dönüş – A. A. Bakıxanov, S. Ə. Nəbati, S. H. Nigar, M. M. Nəvvab, A. Axundoğlu və b.
2) Qərb mədəniyyətinin ya da Qərb fəlsəfəsinin təşəkkülü : mötədillikdən radikal inqilabi fəlsəfi düşüncələr- M. Ş. Vazeh, M. F. Axundzadə, Tahirə Qürrətül-eyn, M. Kazımbəy, Z. Marağalı və b.
3) Şərq-islam – türk fəlsəfəsi ilə Qərb-Avropa fəlsəfəsinin sintezi problemi: Ş. C. Əfqani, S. Ə. Şirvani, H. Zərdabi, M. Ə. Talıbzadə və b.

Qeyd edək ki, bu kitab F. Ələkbərlinin Türkiyə türkcəsində yayınlanan üçüncü əsəridir. Bu vaxta qədər Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü “2014 cü ildə Konyada Buğra yayın evi, “Turan uyğarlığına giriş: Turan Məfkurəsi və tanrıçılıq” 2020 ci ildə “Astana” yayın evleri tərəfindən nəşr olunub. Azərbaycanda isə F. Ələkbərlinin bu günə qədər dörd kitabı – onlardan biri 2, digəri 3 cild olmaqla – nəşr olunub.

Arazinfo.com

BIR CAVAB BURAXIN