Çingiz Qazıyev: Azərbaycan ata vətənim olduğu üçün fəxr edirəm

0
1561

O taleyin hökmü ilə 1948-ci ildə repressiya dövründə sürgünə göndərilən adlı-sanlı Qazıyevlər nəslinin nümayəndəsi olan Kərim Qazıyevin ailəsində anadan olub.  Qazıyevlərin ulu babaları Qazı Əhməd əfəndi mütərəqqi bir ziyalı olub. O, “Zövqi” təxəllüsü ilə şeirlər yazıb. Qazı Əhmədə əfəndinin nəslindən olanlar  yüksək vəzifələrdə işləyiblər. Buna misal kimi ötən əsrin 20-30-cu illərində Azərbaycan qadınlarının avanqardı hesab edilən və müxtəlif yüksək vəzifələrdə işləyən işləyən Gülarə Köylü qızını, Azərbaycan SSR Ali Sovetinin katibi işləyən Rəfiqə Qazıyevanı, məşhur professor Məsmə Qazıyevanı və digər  ziyalıları göstərmək olar. Hazırda Rusiyada yaşayan Qazıyevlər ailəsinin digər görkəmli ziyalısı Çingiz Qazıyev də ulu babalarının şərəfli yolunu uğurla davam etdirir. O vətəndən uzaqlarda yaşasa da Azərbaycanı unutmur, imkan düşən kimi ata vətənə gəlir. Beləliklə bu günkü müsahibimiz tanınmiş ziyalı Rusiyda Azərbaycanı ləyaqətlə təmsil edən Çingiz Kərim oğlu Qazıyevdir

 –         Çingiz müəlllim, mümkünsə özünüz barədə oxucularımıza bir az geniş məlumat verin.

-Mənim uşaqlıq illərim ağır bir dövrə düşüb. Tale elə gətirib ki, Azərbaycandan da uzaqlarda doğulmuşam. Mənim atam, milliyətcə azərbaycanlı olan  Kərim Vədud oğlu Qazıyev Azərbaycanda tanınan məşhur Qazıyevlər sülaləsinin nümayəndəsidir. Atam 1900-cü ildə Nuxa rayonun (indiki Şəki)  Baş Göynük kəndində varlı və ziyalı, kifayət qədər Azərbaycanda tanınan məşhur bir ailədə anadan olub. Atamın babası Qazı Əhməd əfəndi nəinki yaşadığı kənddə və rayonda, həm də Azərbaycanda böyük nüfuza və hörmətə malik olan, bir sözü iki edilməyən, xalq arasınnda olduqca sevilən bir şəxs idi. O, Zaqafqaziya Mədəniyyət Cəmiyyətində  “Zövqi”ədəbi təxəllüsü altında şeir yazırdı və   filosof kimi tanınırdı.

Kərim Qazıyev 1938-ci il

Belə bir məşhur nəslin davamçısı olan  atam Kərim uşaq yaşlarından təhsilə böyük marağı və bu sahədə fitri istedadı ilə seçilirdi. Atam ilk təhsilini Baş Göynük kəndində molladan alaraq ərəb və fars dillərində yazmağı və oxumağı öyrənib. Lakin o hiss edirdi ki, bütün bunlar hələ azdır və ona çoxlu oxumaq lazımdır. Baş Göynükdə isə bu mümkün deyildi. Ona görə də gənc Kərim Nuxaya (indiki Şəkiyə) gedərək  təhsilini davam etdirməsi şərti ilə bir tacirin yanında işə düzəldi. O Nuxada da təhsilini davam etdirə bildi. Lakin Kərim sonra Bakıya gələrək burada orta təhsilini başa vurdu. Atam həyatıboyu oxuyur və daim biliklərini artırırdı. Atam həbs olunana qədər bütün ömrünü oxumağa sərf edərək fasiləsiz şəkildə oxuyub. O, təhsilini 1921-ci ildə Bakıdakı ali pedaqoji kurslarda davam etdirərək fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnib. Bundan sonra o, 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmişdir.

Bütün iyirminci illər ərzində o, kurslarda və institutda oxuyarkən öz ailəsinin qayğısına qalırdı, faktiki olaraq onları saxlayırdı və kiçik bacı-qardaşına təhsil almaqda  kömək edirdi. Bunun üçün o, eyni zamanda iki orta məktəbdə  ümumtəhsil fənlərindən,  AKP/b/MK-nın nəzdində Ali partiya məktəbində dərs deyirdi. Eyni zamanda Kərim Azərbaycan dilində nəşr olunan “Əkinci” jurnalının ştatdankənar əməkdaşı və “Azərnəşr” nəşriyyatında ştatdankənar müxbir kimi çalışırdı.

İşinin çoxluğuna baxmayaraq  Kərim, Azərbaycanın tarixi və mədəniyyətini, Şərq mədəniyyətini dərindən öyrənmək üçün vaxt tapırdı, fars dilini  mükəmməl mənimsəmişdi. Bu da ona filosof babası-şair Zövqinin irsini daha da öyrənməsinə kömək etmişdi. Ümumiyyətlə atam bütün baş göyünklülər kimi çox zəhmətkeş, işləməyi sevən, ailəsinin qayğısına qalan bir insan idi. Atamın ailəsinə, həyat yoldaşına çox bağlı olmasını, bizim hamımızı sevməsini, mən uşaqlıqda dərindən hiss edirdim. İndi də mənə elə gəlir ki, onun kimi ailəcanlı övladlarını sevən bir insan tapmaq mümkün deyil.

-Çingiz müəllim, bəs atanızın sürgünə göndərilməsi və oradakı həyatı barədə nə xatırlayırsınız?

– Bilirsiniz, Əziz müəllim, atamın həyatı çox ağır və məşəqəttli olub. Halbuki o vaxt onun yüksək vəzifələrə irəli çəkilmək üçün böyük imkanları, perspektivləri vardı. Atam 1927-ci ilin sentyabr ayında, yəni institutu bitirdikdən az sonra Sovnarkomun qərarına uyğun olaraq Salyan Kənd Təsərrüfatı Texnikumunun direktoru  təyin edildi. Onu gələcəkdə daha yüksək vəzifələr gözləyirdi. Lakin gözlənilmədən bəxt atam Kərimdən üz döndərdi. Salyan Kənd Təsürrüfatı Texnikumuna direktor təyin ediləndən iki ay sonra 1927-ci il oktyabr ayının 27-də  Kərim silahlı üsyan hazırlamaqda  ittiham olunaraq həbs edilib. Halbuki onun bu məsələdə günahı yox idi və atama qarşı saxta ittihamlar irəli sürmüşdülər. O, həbsxanalarda, dəfələrlə  işgəncələrə  məruz qaldı. Amma onun iradəsini sındıra bilmədilər. 1928-ci ilin iyununda onu cəzasını çəkmək üçün məşhur  Solovetski düşərgəsinə-Solovets xüsui təyinatlı düşərgəsinə(
Соловецкий лагерь особого назначения ). göndərirlər

Atam o vaxt yenicə başlayan repressiyalar dalğasının  qurbanı, sonralar Solovetsk ölüm və qan düşərgəsinin ilk sakinlərindən biri oldu. Solovkiyə düşənlərin isə buradan sağ çıxma imkanı demək olar yox idi

Həbsxana həyatı həmişə ağır olub. Qeyd etdiyim kimi atam da o vaxt günümüzdə belə adı gələndə insanları vahiməyə salan dəhşət ölüm və qan yuvası olan Solovetskiyə-  göndərilmişdi. Atam hələ azadlıqda olarkən yazdığı elmi işinin mövzusu  bitkilərin fərqli iqlimlərə uyğunlaşdırılması idi. Bu, Solovetski kimi ucqar  Qütb dairəsinin arxasında olan ərazi üçün də mühüm idi.  Materikdən oraya meyvə-tərəvəz gətirmək olduqca çətin idi.  Həmin vaxta kimi Qütb arxasında meyvə-tərəvəz yetişdirmək mümkün olmamışdı.  Materikdən orada yaşayanların qidalanması üçün tərəvəzləri çatdırmaq yalnız qısa zamanda-yayda naviqasiya dövründə mümkün olurdu. Ona görə də həbsdə olan alim Kərimə  ixtisası üzrə iş təklif etdilər. Ona qütb dairəsinin arxasında müxtəlif bitkilərin adaların şərtlərinə uyğunlaşdırılmasını tapşırdılar və o, bu vəzifənin öhdəsindən bacarıqla gəldi.

1928-ci ildən 1935-ci ilə qədər Solovkidə həbs cəzasını çəkən Kərim burada aqranom alim kimi sərt iqlim şəraitində meyvə-tərəvəzin yetişdirilməsinə nail oldu və bununla da böyük hörmət və nüfuz qazandı. Hətta məşhur alim Vavilov da onun qütb arxasında meyvə-tərəvəz yetişdirmək üçün gördüyü işləri olduqca yüksək qiymətləndirmiş, onun təcrübəsinin ölkə ərazisində geniş yaylmasını tövsiyə etmişdi.

–     Atan bildiyimiz kimi orada ailə qurmağa da imkan tapmış və xalanız Annadan bir oğlu Teymur dünyaya gəlmişdi.

Anna Brilliantova 1937-ci il

– Elədir.

Anna Brilliantova 1930-cu il

“Bəli, belədir. Anna, anamın böyük bacısı, Moskva Universitetinin tələbəsi idi. Uşaqlıqdan kənd təsərrüfatı ilə məşğul olmağı arzulayırdı. Ali məktəbə o dövrdə varlı uşaqlarının, xüsusən zadəgan nəslindən olanların MDU-ya daxil olması. orada təhsil alması o vaxtlar, demək olar ki, mümkün deyildi. O, bir neçə il Botanika bağında fəhlə işləyib və yalnız bunun hesabına Moskva Dövlət Universitetinin Kənd təsərrüfatı fakültəsinə daxil ola bilib.
1933 – cü ildə “xalq düşməni” axtaranın donosu əsasında Anna həbs edilib. İstintaq “xalq düşməni” nin tapılması planını yerinə yetirərək onu əksinqilabi fəaliyyətdə və Stalinin öldürülməsinə cəhddə ittiham edib. 1934-cü ildə Annanı Solovetsky düşərgəsinə göndəriblər. Onu Kənd təsərrüfatı üzrə mütəxəssis kimi, Kərimin rəhbərlik etdiyi bölmədə işə göndəriblər. Ümumi maraqlar, sevimli işə – kənd təsərrüfatına həvəs – Kərimi və Annanı yaxınlaşdırıb. Onlar bir-birlərini sevdilər və gizli bir vətəndaş nikahı bağladılar. Kərim və Anna biri-birlərini çox sevirdilər. Düşərgədə belə əlaqələrə sərt şəkildə cəzalandırırdılar. Hamilə qadınlar ağır işə göndərirdilər ki, onlar uşaq doğa bilməsinlər Anna nın hamiləlik əlamətləri ortaya çıxdığında, düşərgə rəhbərliyində böyük hörmətə sahib olan Kərim, onun Anzer adasına, tibbi hissəyə işləmək üçün uzaq bir adaya köçürülməsinə nail oldu. Orada, 1936-cı ilin aprelində Annanın oğlu-mənim gələcək sevimli qardaşım Teymur anadan oldu . Lakin ölkədə repressiya rejimi sərtləşdirilirdi. Solovetski düşərgəsi xüsusi təyinatlı (STON) həbsxanaya çevrildi . Kərim Solovetskidən materikə köçürüldü, Anna onun dəstəyini və müdafiəsini itirdi və Stalin rejiminin dəhşətli, cansız maşını ilə təkbətək qaldı. Həbsxanada uşaqları olan anaların saxlanması nəzərdə tutulmamışdı və 1937-ci ilin iyulunda Annanın oğlunu ondan ayırdılar. O vaxt. Teymurun yaşı bir ildən bir qədər çox idi. Onu materikə naməlum uşaq evinə aparıblar. Bu zaman gənc Ananın vəziyyətini təsəvvür etmək mümkün deyil!
Anna 1937-ci ilin noyabr ayının 3-də 1112 məhbusla birgə vəhşicəsinə edam edildi. Bu mərhələnin insanlarının gizli məzarları 70 il sonra Sankt-Peterburq “Memorial”ın yetirmələri tərəfindən aşkar edilib. Onlar isə bu edamın dəhşətli təfərrüatlarını tapdılar. Mən bu barədə danışa bilmərəm, bu qorxuludur.”X

-Bəs bu məşhur ölüm düşərgəsindən atanız necə xilas ola bildi?

—       Atamı ölümdən aqronom işləməsi xilas etdi. Həbs müddətini başa vurandan sonra Kərimi materikə-Kareliyaya işləməyə göndərdilər. O burada da o zəngin biliyi olan aqroniom alim kimi sərt iqlim şəraitində meyvə-tərəvz yetişdirməyə nail olduğuna görə həm həbsdə olanlar, həm də rəhbərlik arasında böyük hörmət və nüfuz qazanmışdı. Bunu Pavel Florensky oğluna yazdığı məktublarda, yazıçı V. V. Yakovlev, keçmiş məhbus İ.P. Levitskaya xatirələrində xüsusi qeyd edir, yazırlar. Atam daha sonra 1941-ci ildə elmi fəaliyyətini davam etdirmək qərarına gəldi və bu məqsədlə yaşayış yeri kimi Molotovski (indiki Perm vilayəti) vilayətindəki Nırob kəndini seçdi.

  .

-Zəhmət olmasa bir az da ananız haqqında məlumat verin                       

-Anam, Brilyantova Yekaterina Vyacheslavovna, milliyətcə rusdur.  1911-ci ildə anadan olan olan anam məşhur zadəgan  Lavrentiyev-Kolesnikovlar nəslindəndir.  Mənim əcdadlarım bu xətt üzrə Rusiyanın görkəmli dövlət xadimləri olmuşlar. 1822-ci ildə mənim ulu babam İvan Vasilyeviç Lavrentyevin tikdirdiyi bina Moskvada məşhur memarlıq abidəsi kimi tanınır.  Hazırda bu bina Moskvanın məşhur memarlıq ingilərindən biri kimi qorunaraq saxlanılır.

Lakin mənim nənəm, Qlafira Alekseyevna Kolesnikova, eləcə də qardaşı və bacısı 1905-ci ildə çarizmə qarşı inqilabi mübarizəyə daxil olmuş, Moskva və Kaluqada öz evlərindən, o cümlədən bütün miraslarından imtina etmişlər.

İnqilabdan sonra anamın ailəsi aclıqdan qaçaraq şəhərdən-şəhərə köçdü. Anam Çelyabinskdə məktəb bitirmişdir

O, Bauman adına Ali Texniki məktəbi bitirmişdir. Bauman. Bu, SSRİ-nin ən yaxşı universitetlərinin beşliyinə daxildir. Texniki” sözü ali məktəbin adını daşıyır

Onun valideynləri Moskvadan 120 kilometr məsafədə yerləşən Maloyaroslavets şəhərində yaşayırdılar. Müharibə başlayanda Katya valideynlərini aparmaq üçün Maloyaroslavetsə getdi. Amma alman qoşunları elə tez gəldi ki, onlar şəhəri tərk etmək üçün vaxt tapa bilmədilər. İşğal altındakı ərazidə onları ölümdən alman dilini mükəmməl bilmələri xilas etdi.

Maloyaroslavets azad edildikdə, şəhərdəki evlərin yarısı dağıdılmışdı. Katya şəhər təsərrüfatında işə düzəldi. O, dağılmış evlərin bərpası layihələrini işləyib hazırlayırdı. İndi Maloyaroslavets şəhərində onun layihələri ilə tikilmiş evlər çoxdur.

–      Bəs atan ananızla necə tanış olub?

-Atam 1943-cü ildə Moskvaya ezamiyyətə gələndə anamla tanış oldu.

1941-ci ilin yazında Anna’nın valideynləri nəhayət, nəvələri Teymuru axtarıb tapdılar. Anna nın atası Vyacheslav Mixailoviç Brilliantov onun arxasınca Leninqrad vilayətinə -Sestroretski uşaq evinə gedərək onu Maloyaroslavetsı gətirdi. Teymur onu sevən doğmaları arasında idi. Kərim Anna nın valideynləri ilə daim yazışırdı və oğlunun tapıldığını öyrəndi. 1943-cü ildə Moskvada ezamiyyətdə olarkən o, Maloyaroslavets şəhərinə gəlmişdi və burada onun oğlu ilə ilk görüşü oldu. Anam Teymuru çox sevirdi və ona, ikinci ana oldu. Elə alındı ki, Kərim və Katyanın ümumi oğlu var idi. Kərim geriyə qayıdandan sonra Katya ilə məktublaşdı və sonra ona evlənmək təklif etdi.
1946 – cı ildə Teymurlə Katya Kerimə uzaq Ural kəndinə Nırob kəndinə getdilər. Katya Kerimin təklifini qəbul etdi və evləndilər. Amma nənəsi və babası xahiş etdilər ki, Teymur onlarla Qalsın, onlar onu çox sevirdilər.

Kərim dustaqlar üçün düşərgələrin təşkili və xidməti ilə məşğul olan DİN-in Ural tayqası üzrə səpələnmiş “Nıroblaq” müəssisəsinin baş aqronomu kimi fəaliyyət göstərmişdir. Katya adi işlə – binaların layihələndirilməsi ilə məşğul olan kapstroinq-kapitaltikinti şöbəsinə işə qəbul edildi. 1948 – ci ildə mən Çingiz, 1949-cu ildə qardaşım Murad orada anadan olub.

Kərim Qazıyev və ailəsi
Çingiz və Murad

-Uşaqlıq illərinizi necə xatırlayırsınız?

– Uşaqlıq illərim müharibədən sonrakı çətin dövrə düşüb. Həyat ağırdır. Mağazada məhsullar demək olar ki, yox idi. Yadımdadır, mağazaya duz, kibrit, papiros, bəzən hansısa yarma daxil olurdu, qapıda  isə içində qırmızı və qara kürü olan iki çəllək vardı.  Ancaq kürü satın alınmadı, çox baha idi. Qırmızı kürünün kilosu 3, qara kürünün kilosu isə 4 rubl idi. Bu isə o dövr üçün böyük pul demək idi. Bayramlardan əvvəl mağazaya un gətirilirdi, ancaq unu almaq üçün bir neçə gün növbədə durmaq lazım gəlirdi. Belə ağır bir vəziyyətdə  yaşamaq üçün inək, donuz, toyuq saxlayırdıq.  Sobada hər şeyi bişirirdilər, bunun üçünsə üçün odun almaq lazım idi, suyu uzaqdan daşıyırdılar, qışda hər zaman qarda keçidləri təmizləyirdilər.

 Amma  ağır vəziyyətdə belə biz bütün uşaqlar kimi xoşbəxt idik. Uşaq bağçasına gedənə qədər mənimlə dayə məşğul oldu. Həbsxanada  olanların bəzilərindən ev işlərimizdə bizə kömək edilməsində istifadə edirdilər. Vanya adlı çinli məhkum paltar yumaqda kömək edirdi. Onu bəzən ələ salır, lax yumurta verirdilər.

Sanka Belıy (albinos), hamı üçün odun doğrayırdı.  Evimizdə tez-tez Aksinya görünür, döşəmələrimizi yuyur, mənzilimizi təmizləyirdi.  Klubda onun pivə içdiyini görəndə bu, qardaşım Muradla bizim üçün böyük bir sarsıntı oldu. Aksinyanı tez-tez sərxoş gördülər, anam buna görə onu qınayır

 Yaz gələndə həyətimizi yaşıl ot bürüyürdü. Sanki yerə yaşıl xalı sərirdilər.Toyuqlar onun üstündə gəzirdilər.  Həyətin digər tərəfində, demək olar ki, heç bir ot yox idi. Amma orada küknar ağacı və bir də həyət qapısı vardı. Küknarın təpəsinə dırmaşmaq çox rahatdır, hətta evin damından yuxarı qalxmaq olurdu. Əgər külək əsirdisə, onunla bərabər yellənirdin.

Küknar ağacının başından hər yer yaxşı görünürdü.  Bax, qonşu evin həyəti. O, tamam yaddır, orada hər şey başqa cür, elə də rahat deyil, bizdə olduğu kimi. Amma ev ikimərtəbəli idi, ikinci mərtəbədə bir balkon vardı və balkonda çox vaxt gombul Levintsov dururdu. Atam isə zarafatla onu “Qlavpuzo” adlandırırdı, onun qarnına işarə edirdi.

Məktəbdə müəllimlərin səviyyəsi çox yüksək idi. Repressiya illərində bu yerlərə ziyalılar, ən yaxşı mütəxəssislər sürgün edilir və bir çox insanlar Vətənə qayıtmaq üçün gücləri və ya imkanları olmadığından orada qalırdılar.

Öyrənmək mənim üçün asan idi. Mənə elə gəlirdi ki, öyrəndiklərimizin çoxunu lap əvvəldən bilirdim. Yəqin ki, bu, mənimlə daha çox məşğul olan anamın xidməti olub. Belə bir hadisə xatırlayıram: rus dili dərsində müəllim bir söz və ya sözlər yazmaq üçün şagirdləri yazı lövhəsi önünə dəvət edirdi. İlk çağırılan şagird sözü səhv yazır. İkinci, üçüncü və digər şagirdlər də səhv yazırlar. Nəhayət, bundan yorulan müəllim deyir: “Yaxşı, gəl Qazıyev yaz ” və artıq dönüb lövhəyə baxmır, bilir ki, düz yazmışam. O deyirdi ki, mən anadangəlmə savadlıyam. Riyaziyyatı öyrənmək mənə daha asan idi. Bütün bunlara baxmayaraq  mənim qiymətlərim nə qədər qəribə də olsa, yaxşı deyildi. Çünki bəzən tənbəllik edir, dəslərimi hazırlamırdım.

Bizdə də həkimlər, necə deyərlər, Allah vergisi idilər. Cərrah Sinyavin fanatik əməliyyatçı idi. Bir dəfə  o məni diqqətlə müayinə etdikdən sonra  dərhal appendisitin kəsilməsini təklif etdi və bundan valideynlərimin imtina etməsindən məyus oldu. “40 yaşda olsa belə appendisit   kəsilməlidir”,-  dedi. Və dəqiq olaraq, 40 yaşımda  əməliyyat etmək məcburiyyətində qaldım.

Atam həmişə çox səssiz olub, düşərgələr, repressiyalar mövzusunda isə bizim ailədə heç vaxt danışılmayıb. 30-cu il repressiyaları, həbslər  atamı susmağa öyrətmişdi və o ölümünə kimi bu barədə danışmaqdan çəkinirdi. Valideynlərim qardaşımla bizi ədalətsizliyə qarşı güzəştsiz mübarizə aparmaq ruhunda tərbiyə edirdilər. Əgər biz uşaqlıqda repressiyalar haqqında bilsəydik, səssiz qala bilməzdik və buna etiraz edərək bütün ailəmizin həyatını təhlükəyə atardıq.

-Atanızın vətəninin Azərbaycan olduğunu bilirdinizmi?

– Biz, əlbəttə, bilirdik ki, atamın vətəni Azərbaycandır, amma onu nə isə gözəl, nağıl kimi təsəvvür edirdik. Təəssüf ki, atam Azərbaycan dilini bizə öyrətmədi. Mən uşaqlığımda onun Azərbaycan dilində bir söz deməsini heç xatırlamıram. Bir dəfə  Bakıdan mənim əmiqızım  olan bacım Rəfiqə Qaziyevadan açıqca gəldi, o vaxt yəqin ki, tələbə idi. Bu bizə nağıl dünyasından gələn inanılmaz bir mesaj idi.

Çingiz

Amma illər ötdükcə vəziyyət yumşalmağa başladı.  Stalinin ölümündən sonra sürgünlərdə olanların hamısı azad nəfəs almağa başladı.Stalinin ölümündən sonra 23 oktyabr 1957 ildə yumşalma oldu və atamın məhkumluğu ləğv edildi. Sonralar onun rabilitasiyasına Murad nail oldu.

Amma o vaxt məhkumluğun atamın üzərindən götürülməsi artıq bizim üçün əsl “çar” hədiyyəsi idi. Bununla da böyük şəhərlərdə yaşamağın qadağan olunması aradan qaldırılırdı. Valideynlərimin, əlbəttə ki, atamın Bakıya köçmək üçün köhnə planları reallığa çevrilirdi. Biz Muradla artıq böyüyürdük və yavaş-yavaş öyrənməyə başladıq ki, Bakıda, Azərbaycanda bizim qohumlarımız çoxdur və onların bir çoxu görkəmli şəxslər, gözəl insanlardır. Atamın təqaüdə çıxmalı olduğu vaxt yaxınlaşırdı. Bir neçə il ərzində valideynlərim ev tikmək üçün Bakıdakı qohumlarına pul , tikinti materialları, lövhələr, çərçivələr, qapılar və s.göndərirdilər, Bakıda isə bizim ailəmizə ev tikilirdi. Tikintidə bütün doğmalarımız iştirak edirdi, bu işin ilhamvericiləri isə atamızın qardaşları, böyük Yusif və kiçik Mustafa idi. Əsas inşaatçı Mehdi Səmədov atamın qardaşı oğlu idi. İndi onlar dünyada yoxdur, Allah onlara rəhmət eləsin.

Biz Bakıya 1962-ci ildə yeni il daxil olandan sonra  gəlmişik. Bizim, yəni  əslində, kəndli oğlanlar üçün bu, möhtəşəm bir hadisə idi. Yadımdadır, vağzaldan avtomobillə gedirdik, Qara şəhər, Keşlə, orada həmişə neft qoxusu və kimya iyi gəlirdi. Gəldik, bizim yeni, yarı tikilmiş evimizə. İri otaqda çoxlu tanımadığım adamlar var idi, hamısı başa düşmədiyim dildə danışırdı. Pəncərənin arxasında  qeyri-adi qara gecə var idi. Mən özümü itirdim, pəncərənin qabağında dayandım. Məni qəribə bir hiss bürümüşdü və nə isə bir az tənhalıq hiss edirdim və bir az da  qəmgin idim. Amma birazdan  bir əmiuşağı, sonra o biriləri yaxınlaşaraq mənimlə danışdılar. Mən hiss etdim ki, bizim gəlişimizə şad olan doğma adamlarla əhatə olunmuşam. Həyatımız Bakıda belə başladı.

Evimiz Sabunçu və Razini (indiki Bakıxanov) birləşdirən küçədə yerləşirdi. Evin qarşısında böyük bir sahə var idi ki, Onun yarısı nəhəng əhəng lövhəsi idi. Bakıda olduğumuz bütün illər ərzində biz tədricən onu parçalayıb, daş yığır və bağça üçün yer hazırlayırdıq. Bəzən bunun üçün barıtı plitənin altına qoyub partladırdıq. Qırılan daş parçalarından hasar tikirdik. Amma bu daşlı torpaqda üzüm yaxşı bitirdi. Qapıdan eyvanlara gözəl, şirin “Şanı”sortundan ibarət olan bir xiyaban uzanırdı.  Deyirlər ki, indi bu məşhur Bakı üzümü olan “Şanı” sortu yox olub.

Bakı bizim gəncliyimizin, eləcə də Nırob – uşaqlığımızın şəhəridir. Və heç bir başqa şəhər onlar kimi ürəyimdə belə qalmayıb.  Çünki, gənclik, uşaqlıq kimi, onlar da bir dəfə olur bir daha o illərə geri qayıtmaq olmur.

-Bakıda məktəb illəriniz necə keçdi?

 – Mənim üçün heç vaxt oxumaq çətin olmayıb, xüsusi ilə fizika və riyaziyyatı çox asan qavrayırdım.  Bizdə fizika və riyaziyyat üzrə rayon Olimpiadaları keçirilirdi. Riyaziyyat Olimpiadasında rayonda birinci, fiziki Olimpiadasında ikinci yeri tutmuşam. Bir müddət sonra, 1964-cü ilin dekabr ayında  Ukraynanın Qorlovka şəhərində  Ümumittifaq komsomol toplantısı keçirildi.  Ora rayonumuzdan iki Olimpiadadanın qalibi kimi məni göndərdilər.

Oxumaq və öyrənmək mənim üçün asan idi. o vaxtməktəbimizdə çox çalışqan uşaqlar var idi və tənbəllik səbəbiylə tez-tez pis qiymətlər alırdım.

Amma oxumağa məndə həvəs böyük idi və bunda da həm atamın, həm də anamın böyük rolu olub.

-Atanız Azərbaycana gələndən sonra nə işlə məşğul olurdu?

-Atam pensiyada olsa da daim çalışçır, axtarışlarla məşğul olurdu. O alim, tədqiqatçı idi və işləmək onun həyat amili idi. Bakıda biz ilk dəfə Azərbaycan tarixində əhəmiyyətli yer tutan ailəmizin tarixini atamızdan öyrəndik. Atam “Zovqi” təxəllüsü ilə əsərlərini yazan babası Qazi Əhməd əfəndinin həyatı və yaradıcılığı haqqında daha çox məlumat almaq istəyirdi. Hələ gənclik illərində, 20-ci illərdə o, məşhur ədəbiyyatşünas Salman Mümtazla onun haqqında danışmışdı. Salman Mumtaz “Kurtuluş” jurnalında Zövqinin bir şeirini dərc etmiş və onun şeir və tərcümeyi-halının nəşrini davam etdirməyi planlaşdırmışdır. O, atama bu materialların toplandığı qovluğu göstərmişdi. Görkəmli ədəbiyyatşünas Salman Mümtazın taleyi məlumdur, o, həbs edilib, məhkum edilib, güllələnib, onunla birlikdə onun topladığı qiymətli materiallar da yox olub. Həyatının sonuna kimi atam Zövqü haqqında hər hansı məlumat tapmağa ümid edirdi, Bakı və Tbilisi arxivlərinə məktublar yazırdı. Amma atam  və onlara cavab gözləyə bilmədi və 1966-cı ildə vəfat etdi. Mən bu məktubların surətləri qoruyub saxlamışam

-Necə oldu ki, taleyinizi Moskva ilə bağladınız?

-Mən uşaqlıqdan aviasiya haqqında çox məlumata malik idim və orada çalışmağı arzulayırdım və burada, Azərbaycanda arzuma çatdım. Hələ məktəbdə oxuyarkən aeroklubda məşğul olmağa başladım, planerlərdə uçdum, paraşütlə atlayırdım.  Məktəbi bitirdikdən sonra Zabrat hava limanında aeroklubumuzun yerləşdiyi yerdə işləməyə başladım. Kənd  təsərrüfatının aviamotoristi oldu. Biz Azərbaycanın müxtəlif rayonlarında uçaraq sahələri əkin sahələrini zərərvericilərdən təmizləmək üçün dərman çiləyirdik. Mən ilk dəfə Azərbaycanın rayonları ilə, şən, zəhmətkeş insanlarla tanış oldum.

Ancaq gələcək təhsilim haqqında da düşünmək lazım idi. Məni həmişə nəzəri fizikanı özünə cəlb edirdi. Aviasiya və fizika arasında seçim edəndə hələ fizikanı seçdim. “Metal fizikası” ixtisası Moskva Polad Ərintilər İnstitutunda tədris olunurdu. Mən Moskvaya getdim və bu instituta daxil oldum.

İnstitutu bitirdikdən sonra mən Moskvada qaldım. 1973-cü ildən SSRİ-nin Xüsusi elektrodların işlənməsi üzrə baş müəssisəsində işləmişəm, istilik davamlı poladların qaynaqlanması üzrə öz mövzumu aparmışam, keçmiş SSRİ-nin bir çox ölkələrində indi də istifadə olunan elektrodların bir neçə markasını işləyib hazırlamışam, onları müəllifiyəm

Lakin “yenidənqurma” zamanı müəssisəmiz fəaliyyətini dayandırdı. Mənə Moskva hökumətinin inzibati-texniki Müfəttişliyinə işə keçməyi təklif etdilər və orada 2009-cu ilə, pensiyaya qədər işlədim.

-Çingiz müəllim bəs hazırda nə işlə məşğulsunuz?

– Rəhmətlik atam babası haqqında çox məlumat toplamaq istəyirdi. Amma bu işi sona kimi davam etdirmək ona nəsib olmadı. Mən hazırda atamın başladığı işi davam etdirmək, ailəmizin tarixini araşdırmaqla məşğulam. Mənim ikinci vətənim, Azərbaycan haqqında da çox bilmək, onun rayonlarında, atasının vətənində olmaq, bu gözəlliyi öz gözləri ilə görmək istəyirdim. 2016-cı ildə həyat yoldaşımla Bakıda olduq, bir çox illərdən sonra, nəhayət, əziz əmiuşağım, professor Məsmə Yusif qızı Qazıyeva, onun gözəl ailəsi ilə, atamın kiçik qardaşı Mustafa, onun oğlu Tariyel və İlhamla görüşdüm Biz şəhərdə və ətrafda çox gəzirdik, gənc vaxtlarımdan tanış olan yerləri çətinliklə tanıyırdım, hər şey dəyişib və gözəlləşib. Şəhər daha təmiz, abad, qonaqpərvər olub. Qara şəhərin çirkli sənaye rayonları yox olub, onların əvəzinə gözəl memarlıq evləri olan yaşayış kompleksləri inşa edilib. Mən Bakıda yaşayanda hələ şəhərdə metro da yox idi. Amma indi var.

Biz razılığa gəldik ki, növbəti 2017-ci ildə Azərbaycana səfər edəcəyik. Nəhayət, mən o biri il Baş Göynükdə, atamın vətənində oldum, həmyerlilərimlə danışdım, əcdadlarımın nəslinin dəfn olunduğu qəbiristanlığa getdim. Bu səfər zamanı həm gözəl Göygöl, həm Maral-göl, həm İlisu vadisini, həm də Qəbələ gedərək oraların füsunkar gözəlliyini gördüm. Gözəl Azərbaycan! Mən ikinci vətənimə sülh, firavanlıq cabitlik, əmin-amanlıq arzu edirəm.

-Azərbaycana bir də gələ bilmək niyyətiniz varmı?

-Azərbaycanda nə vaxt yenidən ola biləcəyimi bilmirəm, amma bura yenidən gəlməyi çox arzulayıram. Mən hazırda ailəmizin tarixini araşdırıram və bu işi davam etdirəcəyəm. Xüsusi ilə əziz və hörmətli Zöhrə bacıma bu işlərdə iştirakına görə çox təşəkkür edirəm, Mən ona əziz bacım, Zöhrə Məmmədova, istedadlı jurnalist Firəngiz Xancanbəyova, yazıçı-jurnalist qayğıkeş, ağıllı, ensiklopedik biliyə malik olan cənab Əziz Mustafaya araşdırmalarımda  kömək etdiklərinə görə təşəkkür edirəm. Bir daha sizinlə ata vətənimdə görüşə biləcəyimə ümid edirəm.  – Biz də Sizə öz növbəmizdə təşəkkür edirik. Bakıda,doğma vətəndə sizinlə görüşünədək

Əziz Mustafa

Arazinfo.com

BIR CAVAB BURAXIN