HÖKUMƏTDƏN DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI RÜSVAYÇI AÇIQLAMA – Rüfət Aslanlı hansı mükafatdan danışır?

0
870

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda dollar kreditlərinə güzəşt edilməsi məsələsinə münasibət bildirib. Fins.az-ın məlumatına görə, palata sədri deyib ki, bu məsələdə güzəşt edilməsi sosial ədalətin pozulması deməkdir: “Borclarını qaytarmaq istəməyən və qaytarmaq imkanında olmayan kateqoriyaları ayırmaq elə də asan deyil. Biz bu insanlara güzəşt etməklə onları mükafatlandırıq. Amma məsuliyyətli olub xarici valyutada kreditini qaytarmış insanları cəzalandırırıq. Onlar axı xarici valyutada götürdükləri krediti yeni məzənnə ilə qaytarıblar”.

Rüfət Aslanlı bildirib ki, dollar kreditləri ilə bağlı məsələrə banklar və müştərilər arasında qarşılıqlı razılaşma əsasında həll olunmalıdır: “Bu mənim subyektiv fikrimdir, amma biz təşkilat olaraq vəziyyəti təhlik edirik, o barədə qərarlarımız olacaq. Onu da deyim ki, bu gün banklar ata biləcəkləri pozitiv addımlar barədə ictimaiyyətə məlumatlamdırmağa qorxurlar, bir qədər ürkək davranırlar”.

R.Aslanlının dollar kreditləri ilə bağlı bu açıqlaması, yumşaq desək təəccüb doğurur. Necə yəni “biz bu insanlara güzəşt etməklə onları mükafatlandırıq”? Hansı mükafatdan söhbət gedir? Dollar-manat məzənnəsində 20 ilə yaxın davam edən sabitliyə, Azərbaycan hökumətinin təmsilçilərinin açıqlamalarına, hökumətin, əlaqədar strukturların məsuliyyətsizliyi nəticəsində bankların, qanunlara, konstitusiyaya zidd olaraq əsasən dollarla kredit təklif etməsinə görə yüz minlərlə vətəndaşın bu gün çabaladığı dollar krediti “bataqlığından” onların çıxarılmasına hər hansı dəstək, necə mükafat hesab oluna bilər?İnsanlar 0.78 kursu ilə dollar krediti götürüb, bu gün heç olmasa 1.05 kursu ilə ödəməyi arzuladıqları halda, çox hörmətli R.Aslanlı hansı mükafatdan danışır?! Bu qədər məsuliyyətsizlik və yüzminlərlə insanın probleminə vecsizlik ola bilərmi?

rufet_aslanli

Azərbaycanda yüzminlərlə insana məhz xarici valyutada kredit verilməsinə görə ən az günahkar həmin vətəndaşlardır. Ən böyük məsuliyyət payı isə hökumətin üzərindədir. Belə olduğu halda niyə bütün yükü təkcə vətəndaş daşımalıdır? Ziyanı, heç olmasa 3 yerə (Vətəndaş-kreditgötürən, bank, hökumət) bölmək daha ədalətli olmazmı? Statistikaya görə bu gün təxminən 700 min vətəndaşın ümumilikdə 7 milyard dollar krediti borcu var. Bu, dəhşətli bir rəqəmdir. Yüz minlərlə adam iflas həddindədir – 1 ilin içində borcu iki dəfə artıb. Hökumət, belə bir gündə öz vətəndaşına dəstək olmayacaqsa, bəs hansı gündə olacaq? Bu azmış kimi, R.Aslanlı kimi məmurlar hansısa mükafatdan danışmaqla, bu yüzminləri təhqir edirlər.

Murad MƏMMƏDOV
AzPolitika.info

BIR CAVAB BURAXIN