Divar uçdu: bir bacı öldü, biri xəsarət aldı

0
608

Gəncədə bədbəxt hadisə baş verib.

Şəhərin “Vtoroy çast” deyilən ərazisində divar uçub, iki bacı -2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızı və 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı dağıntıların altında qalıb.

Bacılardan biri – Sona Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Evin divarının hansı səbəbdən uçduğu hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

BIR CAVAB BURAXIN