Süleymaninin ölümü İrana cavabdır – Almaniya

0
416

Süleymaninin ölümü İran tərəfindən olan hərbi provokasiyalara reaksiyadır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini deyib. O, Berlinin İranın regional aktivliyindən narahat olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə İsrail də Süleymaninin ölümünə görə ABŞ-ı dəstəkləmişdi.

ABŞ Süleymaninin ölümünə görə İranın verəcəyi istənilən cavaba hazırdır.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, Tramp administrasiyasının amerikalıları qorumaq üçün hər şeyi etmək niyyətində olduğunu bildirib:

“Biz çox variantı nəzərdən keçirmişik. Biz İranın istənilən reaksiyasına hazırıq. Süleymaninin ölümü qaçılmaz idi”.

Süleymaninin qətli regionda təhlükəli eskalasiyaya gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Karnegi Mərkəzinin rəhbəri Dmitri Trenin deyib. O, Tehranın ABŞ-a istənilən nöqtədə cavab verə biləcəyini söyləyib.

Trenin bu qətlin son günlərdə baş verən hadisələrin növbəti halqası olduğunu deyib.

ABŞ-ın eks-prezidenti Barak Obamanın Yaxın Şərq üzrə köməkçisi olmuş Robert Malli Trampın son addımla İrana faktiki olaraq müharibə elan etdiyini bildirib:

“Yaxın Şərqdə yeni müharibəyə izn verməyəcəyi vədini verən ABŞ Prezidenti faktiki olaraq müharibə elan etdi. İran hücumlarının qarşısını almaq üçün törədilən qətl bundan sonra onun artmasına səbəb olacaq. Bununla belə baş verən insident İrana çox ciddi zərbədir”.

Əgər İran ABŞ və müttəfiqlərinə hücum etsə, neft emalı zavodlarının məhv edilməsi də daxil olmaqla, ən ağır bədəllər ödəyəcək.

Axar.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib. Onun sözlərinə görə, İran neft ticarətini davam etdirmək istəyirsə, ABŞ-a və müttəfiqlərinə qarşı hücumlardan, eləcə də dünyada terrorizmin himayədarı olmaqdan əl çəkməlidir:

“İranın təcavüzü davam etdiyi təqdirdə, mən bu ölkənin neftayırma zavodlarından birində işləyən işçilərin yerində olsaydım, özümə başqa iş tapardım”.