Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Almatının tarixi adının bərpa olunması təklifini dəstəkləyib.
Bu barədə məlumatı “Sputnik Qazaxıstan” yayıb.
Qeyd edək ki, təklif məşhur yazar Olcas Süleymenovdan gəlib. O, Almatının əvvəlki adının – Alma-Atanın bərpasını istəyib.
“Alma-Ata adı daha genişmiqyaslı və anlaşıqlıdır. Geniş səslənir, həm də tarixi dəqiq əks etdirir. Almatı çox dar çevrə üçündür”, – Süleymenov vurğulayıb.
O.Süleymenov bildirib ki, bu təklifi prezidentlə görüşəndə deyib və Tokayev onu dəstəkləyib. Buna baxmayaraq, Tokayev məsələni xalqın özünün həll etməli olduğunu qeyd edib.