“Biz başa düşürük ki, Dağlıq Qarabağ məsələsində çətin olsa da, kompromis üçün imkanlar var”

0
461

“Görüşdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi apardıq, münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etdik. Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin keçmiş Sovet respublikaları ərazisində ən uzunmüddətli münaqişələrdən biri olduğunu söyləyib: “Biz təşəkkür edirik ki, tərəflər Minsk qrupunun həmsədri kimi və ikitərəfli əlaqələrdə bizim verdiyimiz təklifləri nəzərə alırlar”.