3 ayda Azərbaycanda 14200 nikah, 3200 boşanma qeydə alınıb

0
575

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 14,2 min nikah və 3,2 min boşanma halları qeydə alınıb.

Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,0, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycana daimi yaşamaq üçün 717 nəfər gələn və 363 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 354 nəfər təşkil edib.

BIR CAVAB BURAXIN