Rüstəm Behrudidən Fikrət Qocaya sərt sözlər

0
623

“Çox dəyərli Fikrət Qoça! Biz görmüşük ki, insan ahıl yaşında kamilləşər, müdrükləşər. Ançaq sizin nənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi alt-üst elədi.Və sizə cavab vermək məcburətində qadım. Yadınızdadırsa, 1996-cı ildə mərhum prezident H.Əliyevlə gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim ki, belə bir təşkilata ehtiyac yoxdu.Çünkü dövlət təminatı altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz! Mən yenə də o fikrimdə qalıram. Qaldı sizin açıqlamanıza, açıqlamanız siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil.Mənim istefa verməyim də ad günü məsələsi yox, YB-nin mənə münasibətidi…”

 

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verən tanınmış Rüstəm Behrudi adıçəkilən qurumun birinci katibi, Xalq şairi Fikrət Qocanın onun istefasına münasibətinə mövqeyini bildirəkən deyib. “Siz yəyqin o yazarların doğum günlərini təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar. Bu, çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür açıqlama verə bilməz! Bugünkü açıqlamanızdan hiss elədim ki, siz həyatınızda bircə dəfə də özü ilə görüşməyən adamsınız. Belə olmasaydı, ən azından xatırlamalıydınız ki, o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz. Qaldı adını gündəmə gətirmək məsələsinə.Əgər, vicdanlı və məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız,bilərdiniz ki, 40 ildir ki,ömrünü-gününü hay-küy salmadan,vicdanla, ləyaqətlə ədəbiyyata həsr eləmiş ,hələ gənc yaşlarında şerləri Türkdilli xalqlar arasında dillər əzbəri olan,kitabları xarici dillərə çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz.Mən sizin açıqlamanızı qeyri-səmimi,həqiqətdən uzaq bir şey hesab eləyirəm”-deyə, o, daha sonra sözlərinə əlavə edib.

 

Qeyd edək ki, F. Qoca AzNews.az-a açıqlamasında Behrudinin istefasından xəbərsiz olduğunu bildirib. “Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”-deyən F. Qoca R.Behrudiyə uğuğlar da arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?”

Tarix: 14 Sentyabr – 00:25

BIR CAVAB BURAXIN