Uşaq Stomatoloji Poliklinikasının qarşısı ticarət obyekti tərəfindən zibilliyə çevrilib

0
668

Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi, o cümlədən ətraf mühitin çirkləndirilməsinin qarşının alınması məqsədi ilə nəzərdə tutulmayan yerlərdə səyyar ticarət obyektlərinin (köşklərinin) qoyulmasına qarşı dövlət səviyyəsində mübarizə aparılmasına baxmayaraq, bu sahədə özbaşınalıqlar davam etməkdədir. Bunu Nərimanov rayonundakı Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoyulan səyyar ticarət obyekti tərəfindən ətrafın tullantılarla çirkləndirilməsi də sübut edir. Eyni zamanda qanunla qadağan edilməsinə baxmayaraq ticarət obyekti tərəfindən səkilərə yemək stolları düzülərək antisanitar qaydada vətəndaşlara ticarət xidməti göstərilməsi də əhalinin gediş-gəlişinə mane olmaqdadır. Yeri gəlmişkən onu da deyək ki, ticarət obyektinin qoyulduğu küçə dardır və insanların gediş-gəlişinin pik vaxtlarında çətinliklərə səbəb olmaqdadır. Digər tərəfdən də obyektin millətimizin gələcəyi olan uşaqlara xidmət göstərən Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoyulması və bu zaman ətrafın çirkləndirilməsi də onların sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bəs Uşaq Stomatoloji Poliklinikasının qarşısına ticarət obyektinin qoyulmasına kim icazə verib və onun oraya qoyulması nə qədər qanunidir? Məsələ ilə bağlı sualımıza cavab almaq üçün Bakı şəhər ticarət departamentinə müraciət etdik. Oradan sualımıza cavabında bildirdilər ki, Uşaq Stomatolji Poliklinikasının qarşısına səyyar ticarət obyektinin qoyulması onlara edilən müraciət əsasında Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov rayon İcra Hakimiyyətlərinin razılığı əsasında baş verib və bununla bağlı müvafiq qurumların da icazəsi var. Amma bütün hallarda  Bakı şəhər ticarət departamenti və Bakı şəhər İcra Hakimiyyəti ticarət obyektinin Uşaq Stomatoloji Poliklinikaının qarşısına qoyulmasına münasibətdə qaz vurub qazan doldurmaq istəyən alverçinin deyil, yetişməkdə olan gənc nəslin sağlamlığının qorunmasının vacibliyini, sabahın vətən keçikçiləri olacaq əsgərlərimizin sağlam şəkildə yetişməsini nəzərə alaraq onların maraqlarını müdafiə etməli və ticarət obyektinin oraya qoyulmasəna icazə verməməli idilər. Bizə elə gəlir ki, ticarət obyektinin Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoyulmasına icazə verənlər özlərinin hansısa şəxsi maraqlarını nəzərə alaraq bu işə razılıq veriblər. Buna isə hörmətli prezidentimizin də dəfələrlə dediyi kimi məmur özbaşınalığı adı vermək olar. Belə çıxır ki, Bakı şəhər İcra Hakimiyyəti səyyar ticarət obyektini Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoyulmasına icazə verməklə hörmətli prezidentimiz İlham Əliyevin və vitse-prezidentimiz Mehriban xanım Əliyevanın  uşaqların sağlamlığının qorunması sahəsində həyata keçirdikləri tədbirlərlə hesablaşmaq istəmir və ya ona qarşı çıxırlar. Çünki səyyar ticarət köşkünün Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoyulmasına verilən icazəni başqa cür dəyərləndirmək çətindir. Eyni sözləri  Nərimanv rayonu İcra Hakimiyyəti haqqında da demək olar. Doğrudanmı Nərimanov rayonu İcra hakimiyyəti üçün hansısa qaz vurub qazan doldurmaq istəyən alverçinin maraqlarını müdafiə etmək, uşaqların sağlamlıqlarının qorunmasından daha vacibdir? Yenə istər–istəməz düşünməli olursan ki, Nərimanov rayonu İcra Hakimiyyəti də hörmətli prezidentimizin və vitse-prezidentimizin uşaqların sağlamlığının qorunub saxlanılması üçün ciddi tədbirlər həyata keçirdiyini bilə-bilə öz şəxsi maraqlarını güdərək səyyar ticarət köşkünü məhz Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoymağa icazə veriblər. Bunun isə bir adı var: Məmur özbaşınalığı. Hörmətli prezident İlham Əliyev isə dəfələrlə öz çıxışlarında məmur özbaşınalığını kəskin şəkildə tənqid edərək onlara qarşı sərt şəkildə mübarizə aparılacağını vurğulayıb.

Bəs Səhiyyə nazirliyi Uşaq Stomatoloji Poliklinikasının qarşısına ətrafı çirkləndirən və antisanitar vəziyyət əmələ gəlməsinə səbəb olan səyar ticarət obyektinin qoyulmasına necə icazə verib? Bununla bağlı biz Səhiyyə Nazirliyi rəsmilərindən səyyar ticarət obyektinin Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoyulmasının  nə qədər məqsədəuyğun olduğunu öyrənmək istədik. Lakin Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin  telefonları bir-iki çağırışdan sonra avtomatik olaraq “məşğuldur” rejiminə keçdiyindən onlarla əlaqə saxlaya bilmədik. 10 gün ərzində aramsız olaraq zənglərimizə Səhiyyə Nazirliyi mətbuat xidmətinin telefonları bir-iki çağırışdan sonra “məşğuldur” sistemində işləməklə cavab verdilər. Eyni sözləri Səhiyyə Nazirliyinin qaynar xətti-çağırı xidməti haqqında da demək olar. Dəfələrlə zəng etdiyimizə baxmayaraq çağrı xidməti-qaynar xətt bizə  ya qısa qudoklarla, ya da aramsız davam edən musiqi səsləri ilə cavab verdilər.  Belə çıxır ki, Səhiyyə Nazirliyini çağrı telefonları və vətəndaşların zəngləri ümumiyyətlə maraqlandırmır. Halbuki Səhiyyə Nazirliyi  uşaqların sağlamlığnın vacibliyini nəzərə alaraq səyyar ticarət  köşkünün Uşaq Stomatolji Poliklinikasının qarşısına qoyulmasına etirazını bildirməli və buna qarşı çıxmalı idi. Amma görünür Səhiyyə Nazirliyinin müvafiq qurumları da bu məsələdə uşaqların sağlamlığnın keşiyində durduqlarını unudaraq öz şəxsi maraqlarını nəzərə alaraq səyyar ticarət obyektinin Uşaq Stomatoloji Poliklinikasının qarşısına qoyulmasına etiraz etməyiblər və ümumiyyətlə bununla maraqlanmayıblar. Yenə də bunun da bir adı var: Öz vəzifəsindən isui-istifadə etmək və məmur özbaşınalığı. Ümid edirik ki, ölkə rəhbərliyi səviyyəsində məsələ ilə bağlı məmur özbaşınalığının qarşısı alınacaq. Araşdırmamız zamanı məlum oldu ki, bu işə razılıq prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və insanlarımızın qida sağlamlığının təmin edilməsində önəmli rol oynayacağına böyük ümidlər bəslənilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA)tərəfindən verilib. Bəs Azərbaycanda əhalinin qida təhlükəsizliyinin təmin edilməsi funksiyasını və bununla bağlı ölkə prezidenti İlham Əliyevin qarşıya qoyulan vəzifələri həyata keçirən AQTA rəbərliyi dar bir küçədə- Uşaq Stomatoloji Poliklinikasının qarşısında uşaqların sağlamlığına zərər vura biləcək səyyar ticarət köşkünün qoyulmasına necə və hansı məqsədlə icazə verib? Məsələ ilə bağlı may ayının 2-də AQTA mətbuat xidmətinin rəhbərə Aysel xanıma müraciət etdik. Aysel xanım məsələnin tezliklə araşdırılaraq bizə cavab veriləcəyini bildirdi. Həftə ərzində dəfələrlə hər gün Aysel xanıma müraciət etsək də ondan hər dəfə bu cavabı aldıq: Şikayətinizin araşdırılması ilə bağlı AQTA-nın müvafiq qurumlarına göstəriş verilib. Məsələ araşdırılır və sizə cavab veriləcək. Aysel xanımdan həftə ərzində eyni cavablar aldığımızdan bezərək AQTA-nın Qaynar xəttinə müraciət etdik və şikayətimizi onlara çatdırdıq. AQTA Qaynar xəttindən də vəd verdilər ki, şikayətiniz bizim tərəfimizdən qeydə alınıb və araşdırılır. Şikayətimizə cavabın uzandığını görüb may ayının 13-də yenidən AQTA qaynar xəttinə müraciət etdik. Oradan bu dəfə bizi mətbuat xidmətinin rəhbəri Aysel xanımın üstünə göndərdilər. Biz Aysel xanıma şikayətimizə cavabın yubadılmasından narahat olduğumuzu bildirdik. O isə bizə cavabında: “Qanunla vətəndaşların şikayətinə 15-30 gün ərzində cavab verilir. Bu müddət ərzində də şikayətinizlə bağlı sizə müvafiq cavab veriləcək”,-dedi.

Biz başa düşürük, qanunlarımız müqəddəsdir və ona əməl etmək hamımızın borcudur. Lakin maraqlıdır: Bizə qanunlarımızın  müqəddəsliyini xatırladan AQTA üçün doğrudanmı kiçik, bir neçə saat ərzində araşdırılması mümkün olan  şikayətimizə cavab vermək üçün 15-30 gün vaxta ehtiyac duyulur? Bax bunun səbəblərini anlamaqda çətinlik çəkirik. Axı söhbət prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xoşbəxt gələcəyi xüsusi diqqət mərkəzində olan uşaqlarımızın sağlamlıqlarının qorunmasından gedir. Məsələ ilə bağlı istər-istəməz sual ortaya çıxır : AQTA rəhbərliyi  Uşaq Stomatoloji Poiklinikasının qarşısında uşaqlarımızın sağlamlığını təhlükə altında qoyan, ətrafı zibiı yığnağına çevirərək antisanitariya vəziyyəti yaradan səyyar ticarət obyektinin qoyulmasına hansı məqsədlə razılıq verib? Belə bir səyyar ticarət köşkünün digər, daha rahat yerdə, qoyulması məqsəduyğun olmazdımı? Ümid edirik ki, prezident İlham Əliyev tərəfindən məmur özbaşınalığına qarşı aparılan mübarizə çərçivəsinə uyğun şəkildə bizi maraqlandıran bu suallara AQTA rəhbərliyindən qaneedici cavab ala biləcəyik…

Emin Axund