Azərbaycanlı qız möcüzə nəticəsində yanan təyyarədə ölümdən qurtuldu

0
450

Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. “Aeroflot” şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.

Xoşbxətlikdən bəzi insanlar son anda faciədən xilas ola biliblər. Belə sərnişinlərdən biri azərbaycanlı Fəridə Ruslanovadır.

Minval.info xəbər verir ki, o hadisə barədə Day.Az saytına danışıb.

“Mən kredit və sığorta sahəsində işləyirəm. İşimlə əlaqədar mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram. İşdə mənə Murmanska getməyi təklif etdilər – mən razılaşdım”, – Ruslanova danışır.

Gənc qızın sözlərinə görə, o, artıq bilet almışdı və uçmağa hazırlaşırdı, lakin son anda planlar dəyişib.

“Gözlənilmədən Moskvaya atam gəldi, o başqa şəhərdə işləyir, ildə bir dəfə gəlir. Heç kimə deməmişdi, sürpriz edirdi. Mən komandirovkadan imtina etmək məcburiyyətində qaldım, əvəzimə iş yoldaşım getdi. Hazırda o reanimasiyadadır. Zəhərlənib və yanıq yaraları alıb”, – Fəridə deyir.

F.Rəsulova qeyd edir ki, faciədən xəbər tutandan sonra qorxu içində yaşayır.

“İş yoldaşıma təyyarədən çıxmağa imkan vermirdilər. O, orada insanlara görə ölə bilərdi – onlar öz baqajlarını çıxarmaq istəyirdilər. Onu göyərtədən ekipaj üzvü Moiseyev itələyib çıxardı. Çox təəssüf edirəm ki, Moiseyev özü orada ölüb”, – Fəridə bildirib.