Huavvei” ekranı qatlanan smartfonunu satışa çıxarıb

0
715

“Huawei” şirkəti  tərəfindən dünyada  ekranı qatlanan ilk Huawei Mate X 5G Screen smartfonu satışa çıxarılıb. Yeni telefonun asanlıqla qatlanması və onda elm-texnikanın son nailiyyətlərindən istifadə edilməsi diqqəti cəlb edir.

 Telefon əl ilə xəfif toxunuşla planşetə çevrilir. Genişlənmiş formada ekranın diaqonalı 8 düymə (1 düym 2.54 santimetrdir) çatır.

Yeni model telefon çox tez enerji yığır – yarım saata təxminən 85 faiz. Bundan əlavə, “Mate X” 5G-ni dəstəkləyəcək.  Telefonun operativ yaddaşı (RAM) 8 GB, daxili yaddaşı isə 512 GB-dir.

Yeni smartfon dünya bazarında 3,199.99 ABŞ dollarına (5444 manat) satılır.