72 yaşlı ingilis müsəlman oldu

0
739

Türkiyədə yaşayan ahıl bir İngilis İslamı  qəbul edib. 

Moderator.az-ın  “Yeni Şafak”a istinadla verdiyi xəbərə görə, 72 yaşlı Kliff Peter Barber 14 il Türkiyənin Muğla əyalətində yaşayıb. Bu illər ərzində ingilis İslam həyat tərzi ilə tanış olub və ruhuyla müsəlman ənənələrinə  bağlanıb. Barber bu yaxınlarda Fethiye şəhər məscidində  kəlmeyi-şəhadəti oxuyub və  özü üçün yeni bir ad seçib – Cəmil.  İngilis müsəlman jurnalistlərə “Peyğəmbər və İslam haqqında çox oxuduqdan sonra bu dinə aşiq oldum”  söyləyib.   Fethiye müftisi yeni müsəlmana müqəddəs Quran və digər dini ədəbiyyat  nüsxələrini bağışlayıb.

Xatırladaq ki, ötən ilin noyabrında  10 ildən bəri Bodrumda yaşayan 72 yaşlı İngiltərə vətəndaşı Terens Kinkeyd də müsəlmanlığı qəbul edərək özünə Harun adını seçib.

P.S. İngilislər də İslama aşiq olur, bizlər isə hələ də dinimizə şübhə ilə yanaşır, qızlarımızın hicab bağlamasını, uşaqlarımızın məscidə getməsini təhlükə hesab edirik.