Şimali Makedoniya NATO-ya üzv qəbul edildi

0
766

Bu gün Brüsseldə keçirilən NATO-ya üzv 29 ölkənin rəsmiləri Şımali Makedoniyanın bu quruma üzv olması barədə protokolu imzalayıblar.

Arazinfo.com-un Türkliyə mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı keçirilən mərasimdə NATO-nun Baş katibi Yens Stoltenberq və Şimali Makedoniyanın dövlət başçısı Nikola Dmitrov iştirak ediblər. Şimali Makedoniyanın NATO-ya üzv olması barədə protokol alyansa üzv dövlət rəhbərlərinə  göndəriləcək. Quruma üzv ölkə rəhbərləri sənədi ratifikasiya edəndən sonra Şimali Makedoniya rəsmi şəkildə NATO-nun 30-cu üzvü olacaq. Bu prosesin ilin sonuna, NATO sammitinin keçirilməsinə kimi başa çatdıralacağı gözlənilir.