ABŞ-da dəhşətli soyuqlardan 8 nəfər donaraq ölüb

0
612

ABŞ-da dondurucu şaxtalar davam edir.

Arazinfo.com-un riafan.ru-ya istinadən verdiyi xəbərə görə, ABŞ-da davam edən dəhşətli soyuqlar 8 nəfərin ölməsinə yol açıb. ABŞ-ın qərbində ən aşağı temperatur qeydə alınıb. İndiana, Minnesota, Miçiqan, Viskonsin, İllinoys ştatları öz tarixinin ən soyuq günlərini yaşayır. Dondurucu şaxtalar hətta qartəmizləyən maşınların da sıradan çıxmasına səbəb olub.

ABŞ-ın əhalisinin sayına görə üçüncü böyük şəhəri hesab edilən Çikaqoda 39 dərəcə şaxta qeydə alınıb. İş o yerə çatıb ki, Çikaqodakı yerli “O’ Xara” hava limanında istilik boruları donub və nəticədə 2700 hava reysi təxirə salınıb. Bölgədəki məktəblər, maqazinlər və digər ictimai və dövlət müəssisələri dəhşətli soyuqlarla bağlı fəaliyyətini dayandırmağa məcbur olub. Dondurucu soyuqların nə vaxta kimi davam edəcəyini isə hələlik proqnozlaşdırmaq mümkün olmur.