“NATO-Gürcüstan2019” hərbi təlimləri keçiriləcək

0
609

Bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan “NATO-Gürcüstan 2019” hərbi təlimlərində 22 ölkə iştirak edəcək.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Gürcüstan müdafiə naziri Levon İzoriya deyib: “Bu günə kimi 22 ölkə mart ayında keçirilməsi nəzərdə tutulan “NATO-Gürcüstan2019″ komanda-qərargah hərbi təlimlərində iştirak etmək arzusunda olduğunu bildirib”.

O qeyd edib ki, hərbi təlimlərdə NATO Baş katibi Stoltenberq də qonaq qismində  iştirak etmək niyyətindədir.

Xatıraladaq ki, bu ilin yanvar ayının 23-də Stoltenberq Gürcüstan prezidenti Salome Zurabişvili ilə Brüsseldə birgə keçirilən mətbuat konfransında mart ayında Tbilisiyə səfər edəcəyini və orada keçiriləcək hərbi təlimləri müşahidə edəcəyini bildirib.