Obama anasını söyən prezidentlə görüşdü

0
641
ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşüb.
ABŞ və Filippinin dövlət başçıları ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edirlər.
Bundan əvvəl Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays görüşün baş tutmayacağını bildirmişdi.
Çində keçirilən “G-20” sammitində Obama Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilmə hallarını pisləmişdi. Buna cavab olaraq Filippin prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib, sonra isə üzr istəmişdi.

BIR CAVAB BURAXIN