Hansı müğənni qiymətini qaldırdı?

0
568
Son günlər ölkədə daha bir bahalaşma dalğası baş verməkdədir. Manatın dollarla müqayisədə məzənnəsinin getdikcə aşağı düşməsi ötən həftə siqaretin qiymətinin atmasına, ardınca isə mağazalarda ərzaq məhsullarının da bahalaşmasına səbəb oldu. Ekspertlər bahalaşmanın hələ bundan sonra da davam edəcəyini proqnozlaşdırır. 
Bəs, bahalaşma müğənnilərin toy qiymətlərinə təsir edibmi? Hansı müğənni toy sifarişlərinin qiymətini artırıb?
Mövzu ilə əlaqədar bir neçə müğənni arasında sorğu keçirdik.
Əməkdar artist Baloğlan Əşrəfov ümumiyyətlə bazar qiymətlərindən xəbərsiz olduğunu bildirdi: “Mənim səmimiyyətimə inanın. Mən ümumiyyətlə bazar-dükanla heç vaxt maraqlanmamışam. Bütün alış-verişlərin hamısını evdə mənim ailə üzvlərim edir. Amma müğənnilərin qiymətləri artırmağına gəldikdə, biz xalq ilə dolanan adamlarıq. Mən heç vaxt qiymət şərti qoymuram ki, “bu qədər ödəniş olmasa, sizin toyunuza gəlmirəm”. Az da, çox da olur, bəzən biz razılaşırıq. Elə olub ki, sadəcə oxuyub çıxmışam, belə şeylər də olub. Amma mən bəziləri kimi standart qiymət qoyub onun yaxasından yapışmıram ki, “bu olmalıdır, vəssalam”. Bu adamına, şəraitinə baxır. Mən kollektiv saxlayıram, fonoqrama oxumuram. Xalq bizi dolandırır, mən xalqdan razıyam”.
Müğənni Manaf Ağayev də qiymətlərdə heç bir artım etmədiyini bildirdi: “Hamı bilir ki, əvvəlki kimi toy yoxdur. Pulun olmayan vaxtında, günü-gündən camaatı qaçırtmaq olmaz. Biz müğənniyik, niyə qiymətləri qaldırırıq ki, hər şey bizim əlimizdədir”.
Müğənni Şəbnəm Tovuzlu da ötən ildə olan qiymətlə toy sifarışlərini qəbul etdiyini dedi: “Keçən il toy qiymətləri necə idisə, bu il də elədir. Əslində dolların qiymətinin qalxması ilə əlaqədar insanları nəzərə alıb, qiyməti qaldırmamışıq. Toy oldu, olmadı mənim üçün fərqi yoxdur. Bu mənim hobbim, sevdiyim bir sənətdir. İstəyəndə gedirəm, istəməyəndə yox… Məclisə, toya baxıram. Hər toya deyil, tanıdığım adamların toylarına gedirəm. Mənim də öz toy qiymətlərim var. Ayda 3-4 toy olur, bu, bəs edir. Vacib deyil ki, bir ayın 30 günü toyda olum”.

BIR CAVAB BURAXIN