Türkiyə müstəqil şəkildə neytral zona yarada bilər

0
679
Turkey's Foreign Minister Mevlut Cavusoglu answers a question during an interview with Reuters in Ankara, Turkey, August 24, 2015. Turkey and the United States will soon launch "comprehensive" air operations to flush Islamic State fighters from a zone in northern Syria bordering Turkey, Cavusoglu told Reuters on Monday. To match Interview MIDEAST-CRISIS/TURKEY REUTERS/Umit Bektas

Türkiyə müstəqil şəkildə, heç kimin yardımı olmadan Suriyada təhlükəsizlik zonası yarada bilər.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu A Haber telekanalının efirindəki çıxışında deyib. O eyni zamanda Türkiyənin bu məsələdə digər ölkələrlə əməkdaşlıq etməyə də hazır olduğunu bəyan edib: “Təhlükəsizlik zonasının yaradılması ideyası ilə Ərdoğan çıxış edib. Bu məsələdə ABŞ və digər ölkələr bizimlə əməkdaşlıq etmək istəsələr, biz buna hazırıq. Bütün hallarda biz müstəqil şəkildə təhlükəsizlik zonası  yarada bilərik”.

Çavuşoğlu Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması barədə bölgədə marağı olan dövlətlərlə danışıqlar aparıldığını, ancaq hələlik hər hansı  nəticə əldə edilmədiyini bildirib.