Ermənistanda keçmiş nazirin başı dərddədir

0
632

Ermənistan məhkəməsi keçmiş Təbiəti mühafizə naziri Aram Arutyunyanın həbs edilməsi barədə qərar qəbul edib.

Arazinfo.com-un tert.am-a istinadən verdiyi xəbərə görə, Arutyunyan mədənlərin ekspluatisiyası zamanı 14 milyon dollar rüşvət almaqda günahlandırılır. Ancaq eks nazirin vəkili Karen Akopyan deyib ki, Arutyunyan bu məsələdə özünü günahkar hesab etmir. Çünki ölkə qanunlarına əsasən iş adamlarına mədənlərin istismarı üçün asanlaşdırılmış formada lisenziya almaq imkanı verilib və belə şəraitdə kimdənsə 14 milyon dollar rüşvət almaq mümkün deyil. Bununla belə vəkilin dedikləri məhkəmədə yetərli hesab edilməyib. Aram Arutyunyan hazırda xaricdə olduğundan onu həbs etmək mümkün olmayıb.