Yaponiya Abenin Rusiyaya səfərə gedəcəyini təsdiqlədi

0
613

Kuril adalarına münasibətdə iki ölkə arasında olan ciddi fikir ayrılıqlarına baxmayaraq Yaponiyanın Baş naziri Sintzo Abenın Rusiyaya səfəri təxirə salınmayacaq.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya Nazirlər kabinetinin baş katibi Yesixide Suqanın keçirdiyi mətbuat konfransənda bildirilib:

“Yanvar ayının 21-24-də Sintzo Abe Rusiyaya və İsveçrəyə səfər edəcək. Yanvarın 22-də Abe Moskvada prezident Putinlə görüşəcək”.

Putin və Abenin görüçündə isə əsas müzakirə hədəfi Kuril adaları olacaq. Rusiya artıq öncədən bəyan edib ki, Kuril adalarının Yaponiyaya qaytarılmasından söhbət belə gedə bilməz. Bu isə onu göstərir ki, Abenin Moskva səfəri iki ölkə münasibətlərində hər hansı dəyişikliyə səbəb olmayacaq.