Belarus-ABŞ münasibətləri normallaşır

0
642

Belarus ABŞ diplomatlarının ölkədə işləməsinə qoyulan məhdudiyyətləri tam şəkildə aradan qaldırıb.

Arazinfo.com TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Foreign Policy məlumat yayıb. Məlumatda deyilir ki, Belarus xarici işlər naziri Vladımır Makey ötən gün ABŞ Dövləyət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Uess Mitçellə zəng edərək onunla iki ölkə arasındakı münasibətləri müzakirə edib. Telefon  zəngi zamanı Makey Mitçellə bildirib ki, ABŞ diplomatlarının ölkədəki fəaliyyətinə qoyulan qadağa aradan qaldırılıb. Öz növbəsində Mitçell Belarusun bu qərarını iki ölkə münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirib.

Xatırladaq ki, 2008-ci ildə Vaşinqton  insan hüquqlarının pisləşməsi barədə Belarusa qarşı sanksiya tətbiq etmişdi. Buna gavab olaraq Belarus da casusluq fəaliyyəti ilə bağlı iddia qaldıraraq Minskdəki 35 ABŞ diplomatından 30-nu ölkədən qovmuşdu.

Yalnız üstündən 10 il ötəndən sonra 2018-ci ilin oktyabr ayında  Uess Mitçell Belarusa səfər edərək prezident Aleksandr Lukaşenko ilə görüşmüşdü.