Türkiyə S-400-lərdən imtina etməyəcək

0
554

Türkiyə S-400-lərin alınmasından imtina ilə bağlı ABŞ-ın hər hansı bir şərtini qəbul etməyəcək.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə NTV telekanalına açıqlamasında Türkiyə Xariçi işlər naziri Mövlud Çavuşoğlu deyib: “Əgər ABŞ bizim qarşımızda şərt qoysa ki, Patriot-ların əvəzində S-400-lərin alınmasından imtina edin, biz buna razı olmayacağıq”. Çavuşoğlu S-400-lərin alınması ilə bağlı Rusiya ilə imzalanan anlaşmaya Türkiyənən sona kimi əməl edəcəyini  bildirib.