Prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə köməkçisi Boltonun Ankarada keçirdiyi rəsmi görüş zamanı Türkiyə ABŞ-dan Suriyadakı hərbi bazalarını istəyib.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə “Hürriyyət” qəzetinə etibarlı mənbədən bildiriblər. Məlumatda qeyd edilir ki, Boltonla görüşdə Türkiyə ABŞ qoşunlarını Suriyadan çıxardandan sonra oradakı 22 hərbi bazanın PKK terror təşkilatının bölgədəki qolu olan silahlı kürd qruplaşmalarına verilməsinin əleyhinə çıxıb. Ankara rəsmi şəkildə ABŞ-dan bu hərbi bazaların dağıdılaraq məhv edilməsini və ya Türkiyəyə verilməsini Boltondan tələb edib.
Boltonun Ankarada keçirdiyi rəsmi görüşün olduqca çətin keçdiyi bildirilir. Buna misal kimi isə Boltonun prezident Ərdoğanın xüsusi məsləhətçisi İbrahim Kalınla görüşdən sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransından tərəflərin imtina etməsi göstərilir.