Özbək miqrant Maqnitoqorskda dağıntılar altından 8 nəfərı sağ çıxarıb

0
566

Maqnitoqorskda qaz sizması nəticəsində baş verən partlayış zamanı dağılan evin qalıqları altından özbək gənc 8 nəfərin həyatını xilas edib.

Arazinfo.com-un Özbəkistan mətbutaına istinadən verdiyi xəbərə görə, Maqnitoqorskdakı tikinti idarəsində fəhlə işləyən 23 yaşlı özbək miqrant Alan Abdullayev binada baş verən partlayış ərəfəsində səhər namazı qılmağa hazırlaşırmış. Partlayış səsini eşidən kimi hadisə yerinə qaçan Alan Abdullayev dərhal binanın qalıqları altında qalanları xilas etməyə başlayır. Rusiyanın Life.ru nəşrinin yazdığına görə, hadisə yerinə toplaşanların heç biri risq edərək dağılan binanın qalıqları altında qalanlara yardım etməyə cəsarət etmədiyi halda, özbək miqrant faciə qurbanlarına kömək etməyə başladı: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadısə yerinə gələnə kimi özbək gənc həyatını risqə ataraq və  hər an ölüm təhlükəsi ilə üzləşəcəyindən qorxmayaraq dağıntılar altından 8 nəfərin həyatını xilas etdi”.

Maqnitoqorsk şəhər rəhbərliyi bu qəhrəmanlığına görə özbək Alan Abdullayevə xüsusi təşəkkürünü bildirib. Xatırladaq ki, dekabrın 31-də səhər saatlarında Maqnitoqorskda yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda 39 nəfər faciəli şəkildə dünyasını dəyişib.