““NKVD” və “SAVAK”ın razılaşmasıyla İran Muğanında 290 min azərbaycanlı vəbadan öldü…”

0
732

Böyük Karlın Azərbaycanla qan qohumluğunun Fransa xalqının taleyində mühüm rolu var…

 

 

Fransa krallığının Azərbaycanla bağlı maraqları haqqında “Kəşfiyyat statistikasında” daha geniş bəhs olunur.  Məlumata görə, Fransanın prezidenti F.For (1895-1899) tərəfindən 1897-ci ilin avqustun 14-də Fransa tarixində özünəməxsus yer tutan kral Böyük Karlın fransızlar üçün qurduğu, ölkənin gələcək taleyi kimi formalaşan “Üçbucaq genetikası” planının yenidən işlənməsi, araşdırılması məsələsi qoyuldu. Bu proqramda prezident F.For təklif edirdi ki, Böyük Karlın “Muğan genetikası” geniş təhlil edilsin. Bu qan qohumluğu Fransa xalqının taleyində mühüm rola malikdir. Çünki Fransa kəşfiyyatının “TUR-1” qrifli hərbi sənaye kompleksinin genetik araşdırmalarına görə, kral Böyuk Karlın qan qohumluğu (baxmayaraq ki, bu qohumluq 12 əsr davam edib) nəsildən-nəsilə keçib. Amma bütün bunlardan nə fransızların, nə də muğanlıların xəbəri olub. Məlumata görə, kral Böyük Karlın Muğan xanımları ilə ailə qurması (azərbaycanlı ilə) nəticəsində kral ailəsini və nəslini vərəmin, yaman şişlərin, ürək-damar çatışmazlığının, sümük və boy xəstəliklərinin sindromlarından xilas edib.

 

“Azərbaycan qadınlarının övladlarının tərbiyəsi ilə hələ ana bətnində Allah özü məşğul olur…”

Məlumata görə, 1898-ci ilin iyulun 13-də Prezident F.Forun və şəxsi təhlükəsizliyini təmin edən polkovnik N.D.Deşanel “Birinci məktub” müraciətində yazırdı:

“Mənim prezidentim, tapşırıqlarına və sorğularına cavab verirəm. Fransanın kralı Böyük Karlın xəritələrdə müxtəlif adlarla qeyd olunmuş, lakin bu gün dünyanın siyası və coğrafi xəritəsində “Azərbaycan”adı ilə öyrənilən yaşayış zolağındakı Muğan yaşayış məntəqəsi ilə qan qohumluğu məsələlərinə aydınlıq gətirirəm. Fransa kralı bu addımı böyük və əsaslı məsləhətləşmələrdən sonra atıb. Məlumat üçün bildirək ki, Muğan xanımları tarix boyu dünya hökmdarlarının diqqət mərkəzində olub. Müharibələrdən sonra güclü hökmdarlar ən böyük sərvət kimi buranın xanımlarını apararaq onlarla ailə qurublar. Məlumat üçün bildirək ki, bu yerlərin qadınları əyilməz, dözümlü, cəsur olmaqla yanaşı, onlardan dünyaya gələn uşaqlar həm ailəyə, həm torpağa, həm əxlaqa, tərbiyə və bütövlüyə, sağlam düşüncə və fikrə insanlara olan münasibətə, dövlət və hakimiyyətə olan saf vicdan və əqidələrinə görə başqalarından fərqlənirlər. Onlar ana bətnində tərbiyə olunurlar. Onların tərbiyəsi ilə Allah özü məşğul olur. Belə bir fikri orada yaşayanlar deyir. Fransa-Azərbaycan arasındakı gələcək bağlaşmalarınızda bu məsələni əvvələ buraxın. Muğan ərazisindəki yaşayış zolaqlarında məskunlaşan insanların qanı gələcək Avropa üçün vacib və gərəklidir…” (Mətn 1992-ci ildən 1994-cü ilədək Fransada diplomatik missiyasını icra edən diplomat P.A.İvanov tərəfindən tərcümə olunu).

 

1953-cü ildə Muğan yaşayış məntəqələrində vəba xəstəliyindən  290 min nəfər öldü…

 

Araşdırma materiallarına görə, V.A. Krımskiy 1953-cü ildən SSRİ-nini İrandakı diplomatik korpusunda işə göndərilir. Təyinata görə o, Sovet Ordusunda Baş Kəşfiyyat İdarəsinin(“QRU”) hərbi-sənaye kompleksinin 6 saylı səhiyyə bölməsində çalışırdı. Məlumata görə, V.A.Krımskiy öz diplomatik missiyasından istifadə edərək İran Respublikası tərəfindəki Muğan ərazilərini (Muğanın İrandakı ərazilərini), Dəştə-Muğanı, Parsabadı, Təzəkənd və Aydınlı, Biləsuvar zolağını araşdırmağa başladı. O, İranda “Müsəddin hərəkatı”na qədər İranda “SAVAK” generalı (kəşfiyyat generalı) F.Zahidinin oğlu Ərdəşir Zahidi ilə ailəvi dostluq əlaqələri qurdu.

 

 

 

SSRİ-nin “NKVD”-si ilə  İranın şah rejiminin “SAVAK”ı  razılaşdı…

Araşdırma materiallarına görə Muğanda 1953-cü ilin aprelin 29-da əsl matəm günü idi. Parsabadlı (İran ərazisindəki Muğan) Şeyx Müslümzadə aprelin 29-dan 30-na keçən gecəni «Qətl gecəsi» adlandırmışdı. Parisdə nəşr olunan «Leond» qəzeti yazıb: “1953-cü il aprelin 28-də Fransanın İrandakı diplomatik Korpusunun mətbuat katibi ölkənin XİN-nə  raport verirdi: «…Azərbaycanlılarla bağlı Moskva Tehranla çox məxfi bir bağlaşma qurdu. “NKVD”-nin (Moskva) başçısı general L.Beriya ilə «SAVAK»ın (Tehran) başçısı Ə.Zahidi arasında 1953-cü il mayın 4-də Bakıda (Azərbaycan) gizli bir bağlaşma imzalandı. General L.Beriya İranda – Dəşte – Müğanda vəfat edən, kütləvi şəkildə həlak olan azərbaycanlı hamilə qadınların dəfn olunmasına şərait yaratmağı… məsləhət bilirdi. Razılıq əldə olundu…»

 

 

Məlumata görə, 1953-cü ilin may qırğınlarına Muğanın Xəlfəli, Qızılkənd, Cürəli, Cəlayır, Xəlsə, Mollakənd, Üçtəpə, Qarğalar yaşayış məntəqələrində zəhərlənmələrdən (?) həlak olan hamilə qadınların, ailə başçılarının və uşaqların qəbirləri qazıldı. Bir gündə 8 yeni qazılmış qəbirdə 468 nəfər azərbaycanlı dəfn olundu. Onlardan 294 nəfəri hamilə qadın idi(Mənbələr kitablarda qeyd olunacaq). Dəfn mərasiminin bütün xərclərini Azərbaycan KP MK-nın Birinci Katibi M.C.Bağırov boynuna götürmüşdü (?)…

 

Bütün bunlar Azərbaycan xalqına qarşı amansız genetik hücumlardan biri idi(Mən təəssüf edirəm. Tarixdə bu məsələlər hələ ki, qaranlıq qalıb). İran Muğanında isə mərasimlərin keçirilməsinin qarşısı alındı. Şeyx Müslümzadə Tehrana çağırıldı və bir daha geri qayıtmadı…

 

Fars yazarı- S.Həbibzadə adlı tarix müəllimi 1953-cü ildən 1955-ci ilədək Parsabadda kiçik vərəqələr şəklində buraxılan «Muğan» qəzetində yazırdı: «Adamlar qəbirlərin qazılmasını çatdıra bilmirdilər. Ağlaşmadan QULAQ tutulurdu. Bir qəbrə üç nəfər qoyulurdu…»

 

Araşdırma materiallarına görə, meyitlərin bir qismi vəhşi və quduz itlərin, çaqqalların qabağına atılırdı. Tarixçi S.Həbibzadə yazırdı: «… Bu faciə idi…»  Məlumata görə, 1953-cü ilin mayın 7-dən başlayaraq Muğan yaşayış məntəqələrini epidemiya başına götürdü. Vəba epidemiyasından ölənlərin sayı 290 min nəfər idi. Bu, azərbaycanlılar məskunlaşan yaşayış məntəqələrində sayca üçüncü epidemiya idi…

Beləliklə, epidemiya başlandı. Amma mən bununla bağlı növbəti araşdırmalarımı dayandırıram. Çünki bizim məqsədimiz hələki bu məsələlər – epidemiya məsələləri olmadığından gələn söhbətlərimizdə bununla bağlı sözümüz var…

Gözəgörünməz genetik hücumların arxasında Kreml dayanırdı…

 

Araşdırma materiallarını, fakt və sənədləri araşdırarkən məlum oldu ki, ölən qadınların hamısı kimsəsiz və sahibsiz kimi dəfn olundu.

Araşdırma materiallarına görə, Tehran Universitetində bununla bağlı keçiriləcəyi nəzərdə tutulan seminar və konfranslar qadağan olundu (?). Azərbaycan tərəfdə hələ də sakitlik idi…

Sovet İttifaqının rəhbəri İ.V.Stalinin 1953-cü ildə gözlənilməz vəfatı insanlar arasında həm psixoloji, həm də mənəvi bir təlatüm yaratmışdı. Biz baş verən bu hadisəni şərh etmək istəmədik. Çünki bununla bağlı zaman-zaman 3 min 600 irili-xırdalı kitab və kitabça yazılıb. Bizi maraqlandıran Azərbaycana və azərbaycanlılara qarşı baş verən amansız hücumlar idi. Bu gözəgörünməz genetik hücumların arxasında Kreml dayanırdı. 1953-cü il məşhur plenumda bu hücumlardan heç kəs danışmırdı. Hakimiyyətə gələn N.S.Xruşşov isə genetika ilə bağlı boyun inkişaf etdirilməsi, yeni tədqiqatların aparılması ilə bağlı üç sərəncam imzaladı. Məlumata görə, bu sərəncamların heç biri mətbuatda dərc olunmadı.

 

1953-cü ilin iyul ayının 17-də N.S.Xruşşov Sovet İttifaqının tanınmış genetiklərindən olan, kəşfiyyat generalı İ.İ.Makarovun, akademik general M.A.Petrovun, mikrobioloq A.D.Pavlovun məxfi qovluqları haqqında məlumat istədi…

 

(Davamı var)

Təqdim etdi: Sultan Laçın