Böyük Britaniya dünyanın müxtəlif bölgələrində yaşayan və zorakılıqlara məruz qalan xristianların problemlərinin araşdırılması və onlara kömək edilməsi üçün ciddi tədbirlər həyata keçirmək niyyətindədir.
Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə,bu barədə Böyük Britaniya Xarici işlər nazirliyinin yaydığı pres-relizdə deyilir. Məsələ ilə bağlı Böyük Britaniya Xarici işlər naziri Ceremi Xant müvafiq qurumlara göstəriş verib. O dünyanın hər yerində zorakılıqlara məruz qalan xristianların problemlərinin öyrənilməsi və onlara yardımlar göstərilməsini yepiskop Truro Filip Maunstivenə həvalə edib: “Mən yepiskop Trurodan xahiş etdim ki, dünyanın hər yerində, o cümlədən Asiyada, Afrikada, yaxın Şərqdə zorakılıqlara məruz qalan xristianların problemlərini araşdırsın və onlara necə yardım edə biləcəyimizi müəyyənləşdirsin. Biz zorakılıqlara məruz qalan xistianlara daha böyük həcmdə köməklik göstərə bilərik və göstərəcəyik”.
Yepiskop Truroya xristianlara qarşı zorakılıq faktlarının araşdırılması və müvafiq hesabat hazırlaması üçün gələn ilin aprel ayına kimi vaxt verilib.