Pakistanın keşmiş Baş naziri Navaz Şərif 7 il azadlıqdan məhrum edilib və o, 2.5 milyon dollar cərimə olunub.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə eks baş nazir ölkəni idarə etdiyi dövrdə korrupsiyaya yol verməkdə günahlandırılıb. İddiaya görə, Navaz Şərif “Əl Əziz” polad kombinatı və Flagshio İnvestment investisiya firmasından rüşvət alıb və çirkli pulların yuyulmasında iştirak edib. Navaz Şərifə qarşı irəli sürülün birinci iddia təsdiqini tapsa da, ikinci iddianı sübut etmək mümkün olmayıb.