Fransa prezidenti Emmanuel Makron ABŞ qoşunlarının Suriyadan çıxarılmasından təəssüfləndiyini bildirib.
Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə ğörə, Fransa prezidenti istənilən yerdə müttəfiqlərin borcunun çiyin-çiyinə vuruşması olduğunu bildirib. Röyter agentliyinin yaydığı məlumata görə məsələ ilə əlaqədar Çadda keçirdiyi mətbuat konfransında Emmanuel Makron: “Prezident Donald Tramp tərəfindən ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə qəbul edilən qərarı təəssüf hissi ilə qarşıladım. Müttəfiq olmaq məsuliyyətli işdir və dünyanın istənilən yerində çiyin-çiyinə döyüşmək deməkdir. İstənilən müttəfiq sədaqətli olmalıdır və dostunun ən ağır vəziyyətində onu meydanda tək qoymamalıdır”,-deyib.
Makron eyni zamanda deyib ki, ABŞ-ın belə bir addım atmasına baxmayaraq Fransa Suriyada qalacaq.