Oljas Süleymenov məhkəmədən nəvəsinin qatilinin bağışlanmasını xahiş edib

0
602

Türk dünyasının məşhur yazarı və ictimai xadimi Oljas Suleymenov məhkəmədən nəvəsinin qatili Malikə Muhitovanın bağışlanmasını xahiş edib.

Mediainfo.az-ın Nur.kz-a istinadən verdiyi xəbərə görə, məşhur yazar bununla bağlı məhkəməyə məktub göndərib. Məktubda deyilir: “Nəvəm İsgəndərin faciəli şəkildə ölməsindən 6 ay keçməsinə baxmayaraq onun yanğısını heç vaxt unuda bilməyəcəyik. Mənim nəvəm motosikletlə gedən zaman işıqforun yaşıl işıqında bacarıqsız sürücünün maşını tərəfindən vuruldu”.

Daha sonra Oljas Suleymenov nəvəsinin qatili 31 yaşlı Malikə Muhitovanın bağışlanmasını xahiş edib: “Mən Suleymenovlar ailəsinin ağsaqqalı kimi xahiş edirəm ki, Malikə Muhitovanı bağışlasınlar. O ərə gedərək ana olanda  övlad itkisinin nə olması barədə keçirdiyimiz hissləri anlayacaq”.

Xatırladaq ki, bu ilin iyun ayının 22-də Astanada “Hyundai” markalı avtomobilin sürücüsü Malikə Muhitova Oljas Suleymenovun nəvəsi, motosikletlə hərəkət edən İsgəndər Suleymenovu vurub. Nəticədə o hadisə yerində dünyasını dəyişib. Dekabrın 26-da məhkəmə baş verən hadisə ilə bağlı Malikə Muxitova haqqında yekun qərar qəbul edəcək.