Ermənistan Rusiyanın müttəfiqi olaraq qalmaqda davam edəcək

0
485

Rusiya Ermənistanın yeni hökuməti ilə konstruktiv dialoqa hazırdır və iki ölkə arasındakı münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmindir.

Arazinfo.com-un  Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Rusiya Xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. O qeyd edib ki, Ermənistan həmişəki kimi Rusiya üçün strateji tərəfdaş və müttəfiq olaraq qalmaqda davam edir: “Biz Ermənistanın yeni parlamenti və bu yaxınlarda formalaşdırılacaq hökuməti ilə konstruktiv dialoq üzərində köklənmişik”.

Diplomat həmçinin qeyd edib ki, Rusiya əvvəlki kimi Ermənistanla Avrasiya İttifaqı, MDB və KTMT çərçivəsində qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcək.

Xatırladaq ki, dekabrın 9-da Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın “Mənim addımım” bloku səslərin 70,45 faizini qazanaraq qalib gəlib. Uzun illər hakimiyyətdə olan Sarkisyanın Respublikaçılar Partiyası isə seçkilərdə ağır məğlubyyətə uğrayaraq parlamentdə təmsil olunmaq üçün bir mandat yeri belə əldə edə bilməyib.