Tramp Putinlə görüşdən imtina etdi: Rusiya şoka düşdü

0
607

ABŞ prezidenti Donald Tramp Rusiyanın Kerç boğazında Ukraynaya münasibətdə həyata keçirdiyi təcavüzkarlıq hərəkətlərinə cavab olaraq Argentinada Putinlə keçirilməsi nəzərdə tutulan görüşdən imtina edib.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə Tramp özü rəsmi şəkildə açıqlama verib. O deyib ki, Putinlə görüşdən imtina etməsinə səbəb  Kerç körfəzində yaşanan insident və hərbçilərin hələ də geri qaytarılmamasıdır. Rusiya isə Trampın bu qərarından şoka düşüb. Moskvada ümid edirdilər ki, Putinin Trampla görüşündə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların yumşaldılması barədə razılıq əldə ediləcək.