Türkiyə, Rusiya və İran İdlibdəki vəziyyətdən narahatdırlar

0
609

Qazaxıstanın paytaxtı Astanada Suriya problemi üzrə keçirilən beynəlxalq danışıqlarda iştirak edən dövlətlərin rəsmiləri bölgədə baş verən hadisələrdən narahat olduqlarını bəyan ediblər.

Arazinfo.com-un verdiyi xəbərə görə, bununla əlaqədar Astana prosesi içtirakçıları olan dövlətlər tərəfindən birgə bəyanat imzalanıb. Bəyanatda deyilir:

“Biz Suriyada münaqişənin davam etməsindən və atəşkəsin tez-tez pozulmasından narahatıq. Bunun qarşısını almaq, atəşkəsin qorunub saxlanılması üçün İran-Rusiya-Türkiyə Koordinasiya Mərkəzinin fəaliyyətini daha da genişləndirəcəyik”.

Astana prosesi iştirakçıları dövlətlər həmçinin İdlib ətrafındakı deeskalisiya zonasının Suriyanın ərazi bütövlüyünə zərər gətirməməsinin vacibliyini vurğulayıblar.

Suriya üzrə danışıqların növbəti raundunun gələn ilin fevral ayında Astanada keçirilməsi qərara alınıb.