Abelin qardaşını vəzifəsindən azad etməyiblər

0
535

Abel Məhərrəmovun qardaşı Raufun tutduğu vəzifəsindən azad edilməsi barədə deyilənlər təsdiqini tapmayıb.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə Ədliyyə nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, general Rauf Məhərrəmov hazırda iş başındadır və əvvəlki kimi öz vəzifəsini icra edir. Xatırladaq ki, ötən gün bəzi saytlarda Abel Məhərrəmovun qardaşı Ədliyyə nazirliyində kadrlar şöbəsinin rəhbəri işləyən general Rauf Məhərrəmovun işdən azad edilməsi barədə məlumatlar yayılmışdı.

BIR CAVAB BURAXIN